Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:38

Bloqqerin düşdüyü 14 saylı 'kolon' gündəmdə


Azərbaycanda cəzaçəkmə müəssisəsi
Azərbaycanda cəzaçəkmə müəssisəsi

“Ağır olmayan cinayətlərdə ittiham olunan bütün siyasi məhbusları birmənalı olaraq 14 saylı cəzaçəkmə müəssisəsinə köçürürlər. Mən orada bir ildən çox qaldım. Cəzaçəkmə müəssisəsi dörd tərəfdən daş karxanası ilə əhatə olunub. Düzən ərazidə cüzi külək olsa, karxananın tozu hər yeri bürüyür. Orda vəziyyət kifayət qədər ağırdır”.

Keçmiş məhbuslardan biri, hazırda Avropada yaşayan Rəsul Mürsəlov Azərbaycanda adətən ən ağır şəraitli həbsxana kimi xarakterizə olunan 14 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı xatirələrini bölüşərkən belə deyir.

Buna da bax:​ Prezidentdən çoxdan gözlənilən qərar gəldi [video]

14 saylı cəzaçəkmə müəssisəsindəki saxlanma şəraiti son günlərdə - həbsdəki bloqqer Mehman Hüseynov həmin müəssisəyə göndərildikdən sonra gündəmə gəlib.

Mehman Hüseynov
Mehman Hüseynov

“Səhər oyandıqda görürsən ki, “barak” ağappaq olub”...

R.Mürsəlov 14 saylı müəssisədə durumun acınacaqlı olduğunu ifadə edir.

“Səhər oyandıqda görürsən ki, “barak” ağappaq olub. Gecə küləyi tozu baraka da gətirir. Gündüz güclü külək əsdikdə həyətdə dayanmaq, demək olar ki, mümkün deyil”, deyən keçmiş məhbus nəql edir ki, həmin cəzaçəkmə müəssisəsinin ən böyük problemi sudur.

Buna da bax: Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb

“100-dən çox insan üçün nəzərdə tutulmuş barakda cəmi 3-4 kran var. Su olmaması hamam qiymətinə də təsir edirdi – 20 qəpikdən 80 qəpiyə kimi. Bundan başqa, üzqırxan təklif edirlər. Beləliklə, tam xidmət paketi (çimmək + üzqırxan) 1,20 manata başa gəlir”.

Onun deməsinə görə, 14 saylı müəssisədə telefon danışığı və hətta qanunla nəzərdə tutulmuş qohumlarla görüş də ödənişlidir. Bu, məhbusun doğmalarına, ziyarətçilərin sayından asılı olaraq, 5-20 manata başa gəlir.

Rəsmi: “Su ilə bağlı heç bir problem yoxdur”

Buna da bax:​ Daha 6 həbsxana tikilir

Mehman Sadiqov
Mehman Sadiqov

14 saylı cəzaçəkmə müəssisəsindəki durumu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəisi Mehman Sadıqov da dəyərləndirib .Ancaq fərqli:

“İstər hamam olsun, istər bərbər, istər görüş - 14 saylı islah müəssisəsində ödənişli xidmətlər haqqında bəyanatlar tamamilə absurddur. Yalandan başqa bir şey deyil. Bu gün (25 aprel) mən özüm həmin islah müəssisəsində olmuşam və sizi inandırıram ki, su və insanın həyat fəaliyyəti üçün zəruri olan digər məhsullarla bağlı heç bir problem yoxdur”.

Buna da bax:​ Penitensiar Xidmətin sabiq rəisi türmələrin durumundan danışdı

Mehman Sadıqov deyir ki, həmin cəza çəkmə müəssisəsi ağır olmayan cinayətlər törədən şəxslərə nəzərdə tutulub.

“Biz bu insanların azadlığa çıxdıqda işlə təmin olunmasında maraqlıyıq. Buna görə biz məhbuslar üçün kompüter və dil kursları təşkil edirik. Kursları bitirdikdən sonra məhbuslar sertifikat alır. Bütün bunlar tamamilə pulsuzdur. Bir daha təkrar edirəm, pul alınması haqqında bütün bəyanatlar yalandır”, - deyə M.Sadıqov vurğulayıb.

XS
SM
MD
LG