Seçki eksperti: 'Hakimiyyətdə yaşı 35-dən aşağı kim var ki?'
«Əgər bir ölkə rəhbərliyi Konstitusiyaya dəyişikliklər etmək istəyirsə, bunun üçün ictimai-siyasi ehtiyac olmalıdır. Azərbaycanda isə biz belə bir ehtiyacın olduğunu görmürük».
Bunu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Konstitusiyaya yeni dəyişikliklər təklifini AzadlıqRadiosuna şərh edərkən bildirib. Ətraflı
Dövlət istənilən vaxt vətəndaşın mülkiyyətini əlindən ala biləcək?
Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlıdır.
Hüquqşünas Yalçın İmanov deyir ki, bu, insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulmasına gətirib çıxaran dəyişiklikdir:
Millət vəkili Araz Əlizadə isə hüquqşünasın fikri ilə razı deyil:
“Heç nə dəyişməyəcək. İnsanlar vardı ki, fırıldaq yolu ilə şəxsi mülkiyyət əldə eləmişdilər, bundan sui-istifadə edirdilər. Bunun qarşısı alınacaq. Ətraflı
"Zamanın tələbi"
“Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında ” Referendum Aktının təqdim olunması zamanın tələbidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkə başçısının Konstitusiyaya dəyişikliklər paketini şərh edərkən belə deyib. Ətraflı
"Özbaşınalığa yol açır"
“Vətəndaşlıqdan imtina ilə bağlı Konstitusiyaya təklif olunan dəyişiklik layihəsi başdan- ayağa məmur özbaşınalığına yola açacaq”.
Bunu miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev AzadlıqRadiosuna iyulun 18-də açıqlanan Referendum Aktına təklifləri şərh edərkən deyib. Ətraflı