Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:26

Konstitusiya Məhkəməsi Kocharian-ın həbsini qanunsuz sayan hökm verdi


Robert Kocharian mayın 16-da keçirilən dinləmə zamanı
Robert Kocharian mayın 16-da keçirilən dinləmə zamanı

Ermənistanın Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Kocharian-ın həbsinin konstitusiyaya zidd olduğu barədə hökm çıxarıb.

Kocharian prezidentliyinin son həftələrində - 2008-ci ilin aprelində ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Kocharian-ın vəkili Aram Vardevanian sentyabrın 4-də müxbirlərə deyib ki, bu məhkəmə qərarından sonra onun müdafiə etdiyi şəxs “həbsdə saxlana bilməz”.

Bu qərarın ardınca Kocharian-ın həbsxanadan azad olunub-olunmayacağı və ona qarşı ittihamlara xitam verilib-verilməyəcyi hələlik bilinmir.

Kocharian ötən iyun ayında ona və başqa vəzifəli rəsmilərə qarşı cinayət işinə xitam verildikdən sonra həbsxanadan azad edilmişdi.

2008-ci ilin martında, mübahisəli prezident seçkisindən sonra dövlət başçısı postunu tərk etməkdə olan Kocharian fövqəladə vəziyyət elan etmiş və bunun ardınca baş verən toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.

Ermənistan məhkəmələrinin icra və qanunverici hakimiyyətlərdən müstəqil fəaliyyət göstərməsinə nəzarət edən Ali Ədliyyə Şurası Kocharian-ı azad etmiş hakimə qarşı başqa bir iş üzrə cinayət işi qaldırmışdı.

Sözü gedən hakim - Davit Grigorian da Kocharian-ın işini, baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərmişdi.

Kocharian-ın tərəfdarları və baş nazir Nikol Pashinian-ın başqa tənqidçiləri Ermənistanın hüquq-mühafizə orqanlarını ədliyyə üzərinə təzyiq göstəməkdə və məhkəmələrin müstəqillyini sarsıtmaqda ittiham edirdilər.

Konstitusiya Məhkəməsinin hökmündən dərhal sonra Pashinian hökumətinin bəzi rəsmiləri bildiriblər ki, Ermənistan cəmiyyəti bu məhkəmənin hazırkı tərkibinə etimad bəsləmir.

XS
SM
MD
LG