Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:13

Prezidentin dediyi milyonlar necə xərclənir (VIDEO)


Koronavirus üçün ayrılan pullar nə qədər şəffaf xərclənir?
Gözlə

No media source currently available

0:00 0:11:36 0:00

Koronavirus üçün ayrılan pullar nə qədər şəffaf xərclənir?

Hökumət koronavirusun vurduğu zərərləri aradan qaldırmaq üçün pullar xərcləyir. Bəs bu sahədə şəffaflığa, necə, nəzarət olunurmu?

İlham Əliyev iyunun 1-də açıqlamasında bildirib ki, koronavirusla mübarizə tədbirlərinə 2 milyard avrodan çox vəsait ayrılıb. Bu da manatla 4 milyard manata yaxın, başqa sözlərlə bu ilin dövlət büdcəsinin xərc hissəsinin yeddidə birinə bərabərdir.

İlham Əliyev özü bu pulun nəyə xərcləndiyini belə izah edib:

“İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq”.

Bəs bu pulların dövlət büdcəsindəki mənbəyi nədir? Dövlət büdcəsində hansı dəyişiklik aparılıb?

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, Dövlət Büdcəsi Haqqında qanuna görə bu haqda ictimaiyyətin xəbəri olmalı idi:

“Hər bir vəsaitin artırılması və dəyişdirilməsini Milli Məclis təsdiqləməlidir. Məsələn, sənaye büdcəsində artıqlıq var idi, bunu 190 manatlıq yardıma xərclədilər. Bunu da Milli Məclis təsdiqləməlidir. Bütün büdcələri Milli Məclis təsdiqləməlidir, amma bu edilməyib”.

Zahid Oruc deyir ki...

Hakimiyyətin siyasi kursunu daim müdafiə edən, parlamentdə insan haqları komitəsinin sədri Zahid Oruc deyir ki, heç bir halda qeyri-şəffaflıqdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, 4 milyard manata yaxın vəsatin mənbəyi əsasən bunlardır.

1. Prezidentin Ehtiyat Fondu

2. Nazirlər Kabinetinin Ehtiyat Fondu

3. Büdcədə ilin əvvəlindən yaranmış profisit

4. Büdcədəki investisiya xərcləri

Zahid Oruc bu mənbələrin hansından nə qədər vəsaitin ayrıldığını bildirmir. Amma əlavə edir ki, xərc maddələri ilə bağlı dəyişiklik bu cür aparılıb:

“Xərc maddəsinin təyanatı dəyişdirilərkən, investisiya xərclərinin tərkibində sosial-iqtisadi sektor üzrə müəyyənləşdirilmiş böyük miqdarda vəsaitlər koronavirusla mübarizəyə gedib, amma siz onu yenə də dinc dövrdə sosial-iqtisadi sektor üçün ayrılmış saya bilərsiz. Bu üzdən hökuməti parlamentdən icazə almadan, onun təsdiqindən keçmədən, büdcə sistemi üzərində istədiyi kimi dəyişiklik edib qərarını vermək çox yalnışdır”.

Zahid Oruc bildirmir ki, investisiya büdcəsində konkret olaraq hansı investisiya layihəsi təxirə salınıb və koronavirusla mübarizə üçün yönəldilib.

"Ən çox sual doğuran da elə investisiya xərcləridir..."

Toğrul Maşallı deyir ki, dövlət büdcəsində 7 milyard manata qədər yer tutan investisiya xərcləri elə son illər ən çox sual doğuran məqamdır. Büdcə layihəsində göstərilmir ki, bu qədər pul necə və hara xərclənəcək.

“Bizim dövlət büdcəsinin böyük bir hissəsi var - investisiya və islahat xərcləri. Onların təyinatı barədə ümumiyyətlə məlumat verilmir. Bu təyinatlar prezident və Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənir. Bu olmamalıdır. Bu barədə də məlumat verilməlidir, amma verilmir”.

Prezidentin danışdığı 4 milyard manatın izi ilə...
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Məmmədov isə tələsməməyi məsləhət görür və bildirir ki, Hesablama Palatasının hesabatlarında və sonrakı büdcə hesabatlarında həmin vəsaitlərin hara və necə xərclənəcəyi aydın göstəriləcək.

Müstəqil iqtisadçılar isə təklif edirlər ki, başqa dövlət vəsaitləri kimi koronavirusla mübarizəyə və bəlanın nəticələrinin aradan qaldırılmasına yönəldilmiş vəsaitlə bağlı xalqa şəffaf açıqlama verilsin.

XS
SM
MD
LG