Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:09

KXCP də yeni seçkilər tələb edir


KAXCP Sədri Mirmahmud Mirəlioğlu
KAXCP Sədri Mirmahmud Mirəlioğlu

.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) noyabrın 1-də keçirilmiş parlament seçkisinin nəticələrinin saxtalaşdırıldığını, buna görə nəticələri qeyri-legitim hesab etdiyini bildirir.

Bu barədə partiyanın noyabrın 2-də yaydığı bəyanatda qeyd edilir.

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

Sənəddə vurğulanır ki, imza toplanması, təbliğat-təşviqat və seçki prosesinin özündə kütləvi qanun pozuntuları olub, buna görə də "hakimiyyətin təyin etdiyi parlamenti qeyri-legitimdir".

KXCP bu seçkinin nəticələrinin ləğv edilməsini və Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.

Yada sala ki, KXCP bu seçkilərə AZADLIQ-2015 seçki bloku ilə gedirdi. Blokun 20-yə qədər namizəd qeydiyyatdan keçsə də KXCP-nın sədri Mirmahmud Mirəloğlunun özünün namizədliyi qeydə alınmamışdı.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

KXCP-dən başqa Milli Şura, Musavat Partiyası, REAL və NİDA Vətəndaş Hərəkatı da bu seçkilərin nəticələrini tanımadığını bəyan edib.

Hakimiyyət təmsilçiləri isə ölkədə ədalətli seçki keçirilməsi üçün şərait olmaması, seçkidə kütləvi qanun pozuntuları barədə müxalifətin ittihamlarını rədd edir.

XS
SM
MD
LG