Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:21

Azərbaycan Laçın şəhərini nəzarətə götürüb


Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub
Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub

Bu gün, avqustun 26-da Azərbaycan Laçın şəhərini nəzarətə götürüb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter səhifəsində paylaşım edib: "...Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü".

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu qismən) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma 5 kilometrlik bu dəhliz Laçın şəhərinə və bu rayonun Zabux, Sus kəndlərinə düşdüyündən onlara Azərbaycan nəzarət etmirdi.

Hələ bir həftə köhnə Laçın dəhlizindən istifadə olunacaq
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Bununla belə, Azərbaycan, üçtərəfli sazişə əsasən, Laçın şəhərindən yan keçən əvvəlki dəhlizə alternativ yol çəkib. Həmin yolun gələn həftə istifadəyə veriləcəyi gözlənir. Bu yol da Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirəcək. Bir müddət öncə yolun Azərbaycan tərəfinə düşən hissəsinin tam hazır olduğu bildirilmişdi. Yolun Ermənistan tərəfinə düşən hissəsində isə inşa işlərinin davam etdiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG