Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Liviyada daşıqınlarda ölü sayı 5 mini ötüb


Liviya
Liviya

Liviyada daşqınlarda ölənlərin sayı 5 mini ötüb, 30 mindən çox insan ev-eşiyini tərk etməli olub.

Reuters xəbər verir ki, 10 minlərlə insanın axtarışları davam edir. Ölkədə 3 günlük matəm elan olunub.

Sentyabrın 14-də Cenevrədə Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas bildirib ki, Liviyada əhaliyə xəbərdarlıq edə bilən funksional meteoroloji xidmət olsaydı, insan tələfatının qarşısı alına bilərdi.

Reuters yazır ki, jurnalistlərə açıqlamasında Petteri Taalas deyib ki, Liviyada minlərlə insanın ölümünə səbəb olan daşqınların nəticələrinin idarə edilməsində əsas problem hökumətin “normal fəaliyyət göstərməməsi” olub:

“Normal fəaliyyət göstərən meteoroloji xidmət olsaydı, onlar xəbərdarlıq edərdilər. Həmçinin fövqəladə hallar idarəsi orqanları insanların təxliyyəsini həyata keçirə bilərdi və bununla da biz insan itksinin bu qədər çox olmasından qaça bilərdik. Təbii ki, biz iqtisadi itkilərin qarşısını tam ala bilmərik, lakin lazımi xidmətlərin olması ilə bu itkiləri minimuma endirə bilərdik”.

DERNA ŞƏHƏRİNİN DÖRDƏ BİRİ YOXA ÇIXIB...

Aralıq dənizində baş qaldıran "Daniel" fırtınası sentyabrın 11-də Liviyaya çatıb. İlkin ehtimallara görə itkilərin bu qədər çox olması leysan yağışları və iki bəndin uçmasına görədir. Bənd gecə insanlar yuxuda olarkən uçub və Derna, Benqazi və digər bölgələrdəki binaları dənizə doğru yuyub. Fövqəladə hallar rəsmiləri bildiriblər ki, Derna şəhərinin dörddə biri yoxa çıxıb.

Daşqınlardan sağ çıxanlar sentyabrın 14-də dağıntılar altında öz yaxınlarını axtarmağa başlayıblar. Amma yerli hökumət cəsədlərdən xəstəlik yayılmasından ehtiyatlanır.

ÖLÜ SAYININ 20 MİNƏ ÇATA BİLƏR...

Reuters yazır ki, Liviyanın şərqini idarə edən Daxili İşlər Nazirliyi Dernada 5300-dən çox insanın öldüyünü bildirib. Liviya Nümayəndələr Palatasının sözçüsü Abdallah Blaihak isə eyni gün mediaya verdiyi müsahibədə Dernada ölənlərin sayının 7000-ə yaxın olduğunu açıqlayıb. Ölü sayının 20 minə çatacağı gözlənilir.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri sentyabrın 13-ü Dernada vəziyyətin çox ağır olduğunu və beynəlxalq dəstəyə ehtiyac olduğunu bildirib.

2011-ci ildə Liviya lideri Muəmmar Qədafinin dervrilməsindən sonra hakimiyyət uğurunda vətəndaş mübaribəsi başlayıb. 2015-ci ildə tərəflər arasında atəşkəs elan olunsa da, Liviya faktiki olaraq parçalanıb və iki ayrı hökumət qurulub.

XS
SM
MD
LG