Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:16

London Mərkəzi Məscidinin müəzzini bıçaqlanıb


London polisi hadisədən sonra Mərkəzi Məsciddə
London polisi hadisədən sonra Mərkəzi Məsciddə

BBC xəbər verir ki, London Mərkəzi Məscidinin günorta namazı zamanı bıçaqlanmış əzançısı deyib ki, ona hücum edəni artıq bağışlayıb.

70 yaşlarında olan Raafat Maglad fevralın 21-də məscidin içərisində boynundan bıçaqlandıqdan sonra xəstəxanaya aparılmışdı.

Bir qədər sonra Londonun Regent parkındakı məscidə qayıdan müəzzin bildirib ki, o hücum edənə heç bir kin saxlamır, əksinə ona yazığı gəlir.

London polisi qətlə qəsd şübhəlisi kimi 29 yaşlı bir nəfəri saxlayıb. Onun kimliyi hələki bildirilmir.

Onu namaz qılanlar hücum anında yaxalayaraq polisə təslim ediblər.

Vəzifəsi müsəlmanları ibadətə çağırmaq olan cənab Maglad BBC-yə deyib ki, əvvəlcə boynunun arxasından kərpiclə vurulduğunu düşünüb, amma sonra boynundan qan axdığını hiss edib.

“Nə üçün belə tezliklə məscidə qayıtdığı” barədə suala cavab olaraq müəzzin deyib ki, cümə namazı müsəlmanlar üçün çox mühümdür.

Britaniya polisi – Skotland Yard bu hadisəni terror hücumu kimi qiymətləndirmədiyini deyib.

XS
SM
MD
LG