Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:25

Lukaşenka: 'Üzr istəməli bir şey yoxdur'


Minskdə etirazlar, 26 sentyabr, 2021-ci il
Minskdə etirazlar, 26 sentyabr, 2021-ci il

Lukaşenka Belarusun Rusiya ilə birləşəcəyi fikrini “tamamilə cəfəngiyat”, “bizdə deyildiyi kimi, kollektiv Qərbin uydurması” adlandırıb

Belarus lideri Alyaksandr Lukaşenka ötənilki mübahisəli seçkidən sonra etirazçılara qarşı polis zorakılığı, kütləvi həbslərə görə üzr istəməli olması fikrini rədd edir.

CNN televiziyasının sentyabrın 30-da yaydığı müsahibədə Lukaşenka media və insan haqları qruplarının Belarusda genişmiqyaslı insan haqları pozuntularına dair tənqidlərini rədd edib.

“Etsəydim, bunu Belarus mediası vasitəsilə edərdim”

“Xeyr, bu fürsətdən istifadə edib üzr istəməzdim. Etsəydim, bunu Belarus mediası vasitəsilə edərdim… Prinsipcə, üzr istəməli bir şey yoxdur”, – Lukaşenka deyib.

2020-ci ilin avqustunda Lukaşenka seçkinin qalibi elan olunandan sonra beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunub. Seçkidən sonra etirazlar aylarla davam edib.

Polis etirazçılarla zorakı davranıb, minlərlə insan həbs olunub, polis işgəncəsinə dair genişmiqyaslı məlumatlar var.

Təcrid fonunda Lukaşenka Rusiyaya yaxınlaşıb, Prezident Vladimir Putindən kredit, hərbi dəstək istəyib.

“Buna görə təminat verə bilərəm”

Amnesty International və Human Rights Watch insan haqları təşkilatlarının polisin pis rəftarı və işgəncəyə dair məlumatlarına gəlincə, Lukaşenka iddia edib ki, Belarusun “Quantanamo, yaxud Birləşmiş Ştatlar və Böyük Britaniyanın Şərqi Avropada qurduğu bazalara bənzər… bircə dənə də saxlanma mərkəzi” yoxdur

“Bizim ittiham olunanları, yaxud barəsində təhqiqat gedənləri saxladığımız təcridxanalar isə Britaniya, yaxud Birləşmiş Ştatlarınkından pis deyil. Buna görə sizə təminat verə bilərəm”, – Lukaşenka vurğulayıb.

Belarus müxalifətinin aparıcı simaları ya həbs olunub, ya da ölkədən çıxmağa məcbur edilib.

Lukaşenka Belarusun dövlət mediasına tez-tez danışır, amma müstəqil, yaxud xarici mediaya az hallarda müsahibə verir.

Belarusla Rusiya gələn ay vahid dövlət barədə sənəd imalaya bilərlər
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

“Kollektiv Qərbin uydurması”

CNN müsahibənin tam versiyasının oktyabrın 1-də yayınlacağını bildirib.

Lukaşenkanın mətbuat xidməti isə müsahibənin bir hissəsini Telegram-da yayıb. Belarus lideri ölkəsinin Rusiya isə Birlik Dövləti adlı layihə çərçivəsində gələcək inteqrasiyasından danışıb.

Lukaşenka Belarusun Rusiya ilə birləşəcəyi fikrini “tamamilə cəfəngiyat”, “bizdə deyildiyi kimi, kollektiv Qərbin uydurması” adlandırıb.

“Biz Putinlə birlikdə, ümumiyyətlə, Rusiya və Belarus rəhbərliyi iki müstəqil, suveren dövləti istənilən unitar formasiyadan daha güclü birlik çərçivəsinə salmaqdan ötrü yetərincə zəkalıyıq”, – Lukaşenka deyib.

XS
SM
MD
LG