Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:59

'Mehriban Əliyeva komandasının güclənməsinə imkan verilmədi…'


Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Parlamentin 65 faizi dəyişmədi... bəs, onda bu seçki nəyə lazım idi?

Azərbaycan hakimiyyəti bir neçə ay parlamentin buraxılması qərarını prezidentin ölkədə apardığı islahatların parlamenti də əhatə etməsi zərurəti ilə izah etmişdi. Amma özünü buraxmaq qərarı verən 125 deputatdan 99-u cəmi iki ay sonra, fervalın 9-da keçirilən növbədənkənar parlament seçkisində yenidən namizədliyini verdi. Və həmin 99 namizədddən 79-u rəsmən bu seçkidə qalib elan olundu.

Başqa sözlə, parlamentdə islahat zərurəti kimi növbədənkənar seçki elan olunsa da bu seçkidə deputatların 65 faizə yaxını dəyişmədi.

MSK-nın seçkilərin nəticəsi ilə bağlı ilkin rəyi göstərir ki, Yeni Azərbaycan Partiyası, öncəki seçkilərlə müqayisədə daha 16 dairədə qalib gəlib.

Beləki, bundan əvvəlki parlamantdə YAP-ı təmsil edən deputatların sayı 65 nəfər idisə, MSK ilkin nəticələrində 81 nəfər YAP namizədini rəsmən qalib elan edib.

Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda təşkilatının vitse-prezidenti, Qorxmaz Əsgərov hesab edir ki, hakimiyyətin parlament seçkilərini bir neçə ay öncəyə atmaqda yeganə məsqədi Azərbaycan müxalifətini və xalqını hazırlıqsız yaxalamaq idi. Bu mövzuda Qorxmaz Əsgərovla qısa müsahibəni təqdim edirik:

“İstənilən hakimiyyət, xüsusilə də avtoritar hakimiyyətin bir nömrəli məqsədi hakimiyyət və bütün dövlət institutları üzərindəki mövcud nəzarətini – status kvonu qoruyub saxlamaqdır. Onsuz da 2020-ci ildə parlament seçkiləri keçirilsəydi və bu seçkiləri gözlənilməz etmək üçün hakimiyyət “fövqəladə” seçkilər keçirib 2020-ci ilin gözlənilən siyasi dartışmasını bir neçə ay önə atdı. Bu sürprizlə Azərbaycan müxalifətini və xalqını bir növ hazırlıqsız yaxaladı. Diktaturalar öz xalqları ilə daimi müharibə vəziyyətindədirlər və bu fövqəladə seçkilər də hakimiyyətin parlamenti yenidən qəsb etmək/mövcud qəsbi növbəti dönəmə qədər uzatmaq üçün hakimiyyətdəkilərin Azərbaycan xalqına bir qəfil hücumu idi. Əvvəldən də inanmırdım ki, bu seçkilərin bu dediklərimdən əlavə hansısa bir “fövqəladə” xarakteri var”.

Belə iddialar var ki, əslində parlamentin buraxılmasında məqsəd Paşayevlərin komandasına daxil olanların orda təmsilçiliyini artırmaq idi. Amma Rusiyaya bağlı qüvvələr buna imkan verməyib...

“Bu seçkilərdə Paşayevlərin Azərbaycan parlamentindəki təmsilçiliyi artırıldı. Nisbətə gəlincə ilə təbii ki, köhnədən qalanların “Paşayevçilərlə” əvəzlənməsi onlarınn müqavimətindən də asılıdır və bu prosesdə kiçik də olsa bir siyasi mübarizə elementi var. Amma ümumən İlham Əliyevin xətti ilə guya ki, vuruşan bir rusiyaçılar xətti yoxdur və bu barədə olan söz-söhbətlər Əliyev rejiminin özü tərəfindən Qərbda pulla tutulmuş lobbiçilər vasitəsilə aktiv şəkildə yayılan bir propaqandadır. Guya ki, Azərbaycan hökumətində bir-biri ilə vuruşan rusiyapərəstlər və qərbyönümlülər var və guya Qərb İlham Əliyev rejimini çox sıxsa, Əliyev naəlac Rusiya tərəfə meyllənəcək və Qərb regionda özünün “strateji tərəfdaşını” itirəcək. Uydurmadır. Bu uydurmanı da yayırlar ki, Qərbdə rahat deyə bilsinlər ki, Əliyev rejimini bütün iyrəncliklərinə baxmayaraq müdafiə etmək lazımdır, yoxsa region Rusiyaya itirilər. Azərbaycanda xalis Qərbyönümlü diktatura fəaliyyət göstərir. Fikir verin, bütün iqtisadiyyatı tamamən neft-qaz hasilatı və ixracatından asılı olan Azərbaycanın bir neft, yaxud qaz layihəsində belə heç bir Rusiya şirkətinin payı yoxdur. Azərbaycanı, belə deyək, çapıb-talayan xarici qüvvələr Moskvada oturmayıb, onları Londonda, Vaşinqtonda, Tel-Əvivdə axtarmaq lazımdır. Təbii ki, Əliyev rejimi vaxtaşırı Rusiyaya reveranslar edir, bu hətta ata Əliyevin də hakimiyyəti dövründə belə idi. O vaxt da Azərbaycan parlamentində Rusiyanın açıq yamanlanmasına imkan vermirdi hakimiyyət. Bu indi də belədir. Amma Azərbaycan hökumətinə Rusiyanın real təsiri təqdim edildiyindən xeyli azdır."

Qorxmaz Əsgərov
Qorxmaz Əsgərov

Qeyd edək ki, prezident İlham Əliyev özü də bu seçkini islahatlarla izah edir. O, seçkilərdən bir gün sonra, fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edərkən, bunu bir daha vurğulayıb:

“Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər”.

Ərəstun Oruclu
Ərəstun Oruclu

ABŞ-da yaşayan Şərq-Qərb araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Ərəstun Oruclu isə inanır ki, bu seçkilərin keçirilməsində əsas məqsəd Paşayevlər klanına daxil olanların parlamentdə təmsilçiliyini artırmaq idi. Lakin buna nail ola bilmədilər:

“Çünki Azərbaycan parlamentində mütləq çoxluğu Rusiya nəzarətə götürdü. Ümumi olaraq, götürsək, parlamentin əksər hissəsi dəyişmədi. Onda da sual olunur ki, bu seçki ümumiyyətlə nəyə lazım idi, nə mənası vardı növbədənkənar seçki keçirməyin? Mən düşünürəm ki, İlham Əliyev, Mehriban Əliyeva komandasını gücləndirmək lazım idi. Amma buna imkan verilmədi. Yəni, tam müəyyənləşdirmək mümkün olmasa da, parlamentdə Paşayevlərin kadrları deyə biləcəyimiz şəxslər 10 nəfərdir”.

Rusiyanın Azərbaycan hakimiyyətinə təsir imkanları tez-tez gündəmə gəlir. Amma hər dəfə Azərbaycan hökuməti bu iddiaları rədd edir, Azərbaycanın özünün müstəqil siyasət apardığını vurğulayır.

XS
SM
MD
LG