Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

Şəhər rəhbərliyi Milli Şuranın mitinq istəyinə ‘hə’ dedi


Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqə razılıq verib. Bunu Azadlıq Radiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı bildirib.

Gözəl Bayramlı deyib ki, aksiyanın yeri ilə də bağlı hər hansı fikir ayrılığı yoxdur.

Şahin Hacıyev: «Gözlənilməz» və «məntiqsiz qərar»dır

«Hakimiyyət hər şeyi etdi ki, Milli Şuranın mitinq hazırlığına mane olsun». Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli onların kütləvi aksiya keçirilməsi ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyətinin «çox gec» cavab verməsini bu cür dəyərləndirir. O bildirir ki, qanunla mitinqlə bağlı müraciətə üç iş günü qalmışa qədər cavab verilməli idi, «amma qanunu pozaraq gec, mitinqə bir gün qalmış cavab verdilər».

Buna da bax: «Konstitusiyaya bəzi təkliflər Konstitusiyanın özünə ziddir»

Əli Kərimli: «Hakimiyyət hər şey etdi ki, mane olsun»

AXCP sədri deyir ki, məhdud imkanlarla da olsa, mitinqə hazırlığı davam etdirəcəklər:

«Hətta hökumətin bu narahatlığını pozitivə çevirəcəyik. Azərbaycan xalqı gördü ki, sözdə «Azərbaycanda müxalifət yoxdur» desələr də, hakimiyyət müxalifətin keçirdiyi mitinqdən ehtiyatlanır. Hər zaman vətəndaşların bu mitinqə qoşulma ehtimalından narahatdır. Hakimiyyət Azərbaycan xalqının aparılan sosial-iqtisadi siyasətdən, repressiyalardan, hakimiyyəti bir ailənin özəlləşdirməsindən narazılığının fərqindədir. Ona görə də narahatdırlar və sona qədər qeyri-müəyyənlik yaratdılar. Vaxtında razılıq vermədilər».

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Bakı şəhər icra hakimiyyəti bildirib ki, onlar qanunu pozmayıblar...

Əli Kərimlinin qənaətincə, məqsəd bir qədər də olsa, «mitinqin kütləviliyinə təsir etmək» idi.

BŞİH: «Qanun pozulmayıb»

Bakı şəhər icra hakimiyyətinin rəsmisi Zaur Ramazanov isə AzadlıqRadiosu-na bildirib ki, onlar qanunu pozmayıblar. O, Milli Şuranın müraciətinə qanunun tələb etdiyi vaxt ərzində cavab verdiklərini deyir. Zaur Ramazanov aksiya təşkilatçılarının «hakimiyyətin ehtiyatlanması» haqda iddialarına münasibət bildirmək istəməyib: «Onların dediyini şərh etmək istəmirəm».

Buna da bax: Ziyalılar referendum haqda

Müsavat, NİDA Vətəndaş hərəkatı və D18 Hərəkatı da Milli Şuranın aksiyasına qatılacaqlar.

Ekspert: «Gözlənilməz qərardır»

Siyasi şərhçi Şahin Hacıyev Bakı şəhər İcra Hakimiyyətinin Milli Şuranın aksiyasına icazə verməsini «gözlənilməz qərar» sayır.

«Adətən, kütləvi aksiyaların qarşısını alırdılar. Hər halda, hökumət ora çox insan yığışmayacağını, ciddi tədbir olmayacağını güman edir. Görünür, düşünürlər ki, bunun qarşısı alınsa, daha çox səs-küy yaranacaq, nəinki tədbir keçirilsə», – siyasi şərhçi deyir.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Bununla belə, Şahin Hacıyev bu hadisənin ölkədə həbslərin aparıldığı, Müsavat Partiyasına mitinq qabağı təzyiq göstərilməsi fonunda baş verdiyini xatırladır.

Aksiya sentyabrın 11-də «Məhsul» stadionunda keçiriləcək.

«Bu baxımdan, Milli Şuranın aksiyasına razılıq verilməsi məntiqsiz görünür. Amma yaxşı mənada, gözlənilməz qərardır. Hər halda, ora nə qədər adam yığılmasından asılı olmadan, vətəndaşlar fikirlərini deyə biləcəklər. Bu, müsbət haldır. Amma təəssüf ki, ölkədəki mühit azad fikir söyləməyə imkan vermir», – deyə Hacıyev fikrini yekunlaşdırıb.

Aksiya sentyabrın 11-də «Məhsul» stadionunda keçiriləcək. Mitinqdə «Talana son», «Ölkədə monarxiyaya yaratmaqdan imtina edin» tələbləri səsləndirəcək.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Bu il sentyabrın 26-da Konstitusiyaya bir sıra dəyişikliklər ümumxalq səsverməsinə çıxarılacaq.

Müxalifət hakimiyyətin bu yolla ölkədə monarxiya yaratmaq istədiyini bildirir. Buna görə də Milli Şura və Müsavat Partiyası ayrı-ayrı vaxtlarda etiraz aksiyaları keçirəcəklər. Bununla belə, Müsavat, NİDA Vətəndaş hərəkatı və D18 Hərəkatı da Milli Şuranın aksiyasına qatılacaqlar.

Milli Şura sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma etiraz edir. Mitinq «Monarxiyaya yox! Talana son!» şüarı ilə keçirilməlidir.

Buna da bax:​ Mitinqlər: Müxalifətin gücü? Acizliyi?

Mitinq «Monarxiyaya yox! Talana son!» şüarı ilə keçirilməlidir.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot etmək qərarı verib.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd Respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

XS
SM
MD
LG