Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:31

Naməlum mollanın kəsdiyi birgecəlik "kəbin"...


İllüstrasiya
İllüstrasiya

►Qırğızıstanda varlı ərəblər birgecəlik nikaha girirlər

Şəriət qanunlarını pozmadan qadınla necə vaxt keçirmək olar?

Qırğızıstan və digər Mərkəzi Asiya ölkələrində yeni xidmət növü yaranıb: bir gecəlik nikah.

Aynura adlı qız ərə gedəndə bunun bir neçə günlük olduğunu özü də bilmirdi. Bir il əvvəl qızı cavan bir ərəblə tanış ediblər. Dini nikah mərasimi də keçirilib. "Kəbin"i naməlum mollalar kəsib.

"Biz Bişkekdə yaşayırdıq. Martın 27-də tanış olduq, elə həmin gün də nikah mərasimi oldu. Ayın 31-i isə o ded ki, anası xəstələndiyinə görə Ərəbistana getməlidir. Daha mən onun haqqında heç nə eşitmədim," deyə Aynura danışır.

Aynura keçmiş ərinin adı və yaşından başqa heç nə bilmir. Ərinin dostları ona deyiblər ki, daha ərini gözləməsin, çünki əri onu telefonla boşayıb.

"Onlar deyirdilər ki, o mənə Qırğızıstanda ev, maşın alacaq. Mən dedim ki, valideynlərimin icazəsi olmadan ərə gedə bilmərəm, ancaq olnar məni dilə tutdular," qız danışır. Aynura aradüzəldənləri məhkəməyə vermək istəyib, ancaq polis baş verənlərdə cinayət tərkibi tapmayıb.

Bunlara da baxın:

Bir neçə gün bundan əvvəl qırğız internet saytlarında peyda olmuş bir videoda və audioyazılarda bir xarici vətəndaşın bir qadınla söhbəti görüntülənib. Əcnəbi kişi öz dostu üçün müvəqqəti arvad tapmağa çalışır. Onlar yarı-ərəbcə, yarı-qırğızca bir gecəlik kəbin barədə sövdələşməyə çalışırlar. Təklif olunan məbləğsə 200 dollardır.

Qırğızıstan müftiliyində bildirirlər ki, bir müsəlman kişinin maddi şəraiti imkan verərsə o, dörd arvad ala bilər. Ancaq din xadimləri bir gecəlik izdivacı təqdir etmir.

XS
SM
MD
LG