Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:10

Kreml 9 may paradını başqa vaxt keçirməyi planlaşdırır?


2019-cu ilin 9 may paradı
2019-cu ilin 9 may paradı

Rusiyada veteran təşkilatları Rusiya prezidenti Vladimir Putinə ənənəvi 9 may qələbə paradının daha gec tarixə keçirilməsi ricası ilə müraciət ediblər.

Bu barədə TASS dövlət xəbər agentliyi yazır.

Xəbər verilir ki, sözü gedən müraciəti Rusiyanın üç veteran təşkilatı imzalayıb:

"Sizdən xahiş edirik ki, hərbi paradın başqa tarixə keçirilməsi barədə çətin, amma bizcə ədalətli qərarı qəbul edəsiniz. Onda parad iştirakçılar üçün təhlükə yox, bütün dünya üçün həqiqi təntənə olar”.

Planlar nəhəng idi

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu il Rusiya hakimiyyəti Böyük Vətən Müharibəsinin qurtarmasının 75-ci ildönümünü nəhəng təntənə ilə keçirməyi planlaşdırırdı.

Bu paradda 15 min əsgərin və 400 ədəd hərbi texnikanın iştirakı planlaşdırılırdı.

Təntənəli parada habelə dünya liderləri dəvət edilmiş və Fransa, Hindistan, Kuba, Venesuela və Çexiyanın dövlət başçıları dəvəti qəbul etmişdilər.

Bundan əvvəl Rusiya iqtidarı tədbirin başqa vaxta keçirilməsinin istisna edildiyini bildirirdi.

Açıq media saytı yazırdı ki, Müdafiə Nazirliyi hətta bu paradı tamaşaçılar olmadan keçirməyi planlaşdırır.

Niyə 24 iyun?

Daha sonra hərbi təmayüllü Znak.com saytı paradın 24 iyuna keçiriləcəyini yazmışdı.

Bu ərəfədə Dövlət Duması Rusiyada II Dünya Müharibəsinin başa çatmasının yad edilməsi mərasimini sentyabrın 2-dən 3-ə keçirən qanunvericilik aktı qəbul edib.

Ötən martda Dövlət Duması habelə “bir dəqiqəlik sükut” barədə qanun qəbul etmişdi.

Bu qanuna görə sükut dəqiqəsi iyunun 22-də saat 12.15-də olmalıdır.

1941-ci ildə məhz həmin gün SSRİ xalq xarici işlər komissarı Vyacheslav Molotov ölkənin müharibəyə daxil olması ilə bağlı vətəndaşlara müraciət etmişdi.

Ya tamaşaçısız, ya da payızda

Znak.com saytı prezident administrasiyasındakı mənbəyə istinadən yazır ki, hakimiyyət Qələbə Paradını mayın 9-dan iyunun 24-ə keçirə bilər.

Həmin mənbə xatırlatmışdı ki, müharibədən sonra Moskvadakı Qırmızı meydanda parad məhz 1945-ci ilin 24 iyununda keçirilib.

Rusiya mediası aprelin əvvəllərində Kremlin koronavirus pandemiyası ilə bağlı ənənəvi 9 may paradının keçirilməsinə dair bir neçə ssenarini götür-qoy etdiyini yazırdı.

RBK agentliyi bununla əlaqədar bildirirdi ki, Kremlin əsas iki variantı var: paradı ya tamaşaçılar olmadan mayın 9-da, ya da payızda keçirmək.

Bu məlumatlar rəsmi səviyyədə təsdiq edilməyib.

XS
SM
MD
LG