Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

Nardaran hadisələrindən 1 il ötür- [Video]


Nardaran meydanından gecə görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Nardaran meydanından gecə görüntüləri

2015-ci il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməliyyat keçirib, 15-dək şəxs, o cümlədən «Müsəlman birliyi» Hərəkatının başçısı Taleh Bağırzadə həbs edilib. Dördü mülki, ikisi polis olmaqla altı nəfər ölüb.

Yazı yenilənir. Ən son xəbər əvvəldədir.

İşıq yoxdur

Noyabrın 27-də səhər saatlarından kəndə elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa, kəndin girəcəyində iki post qurulub. Bunlardan birini kənd sakinləri, digərini isə bir qədər aralıda polis yaradıb.

Ölənlərin nəşi gətirilir

Polisin keçirdiyi əməliyyat zamanı ölənlərin nəşi kəndə gətirilir, yaxın bir saatda doğmalarına təhvil veriləcək.

Bu haqda AzadlıqRadiosunun əməkdaşı xəbər verir.

Gecəni İmam Hüseyn meydanında keçirən kəndlilər dağılışmayıblar. Onlar meydan yaxınlığındakı çadırda yığışıblar.

Nardaranda öldürülən polislər dəfn edilib

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib.

Polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfnində dövlət himni səsləndirilib və üç dəfə yaylım atəşi açılıb.

Dəfn mərasiminə daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov da qatılıblar.

Hadisə vaxtı ölən dörd mülki vətəndaşın nəşi isə hələ yaxınlarına təhvil verilməyib.

Hacı Şahin Həsənli nardaranlılara müraciət edib

«Məşhədi Dadaş» məscidində imam-camaatı Hacı Şahin Həsənli deyir ki, hələ ki, Nardaranda tam olaraq nə baş verdiyini anlamaq olmur:

«Əsas məsələ odur ki, Nardaranda baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Bunun kim tərəfindən və hansı məqsədlə edilməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir». Ətraflı burada oxu.

Sakitçilikdir

«Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir».

Kənd sakini Hidayət Nəbiyev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, kəndə gələn yollarda polis postları yaradılıb, Nardaran nəzarət altındadır.

Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: «Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da».

O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: «Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik».

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb.

Nardaranda həlak olan polislərin biri bu zabitdir

Noyabrın 26-da Nardaranda silahlı insident zamanı ölən polislərdən birinin kimliyi məlum olub.

Femida.az-ın məlumatına görə, bu, 40 yaşlı polis mayoru Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub.

Ailəli olan Vüqar Nəsibovun iki övladı var.

Noyabrın 26-da AzadlıqRadiosu hadisə zamanı ölən polislərin kimliyi ilə maraqlansa da, Daxili İşlər Nazirliyi bu sualı cavablandırmamışdı.

Rəsmi məlumata görə, həmin hadisə zamanı 4 sıravi vətəndaş, 2 polis ölüb.

+++

Müsavat başqanı Arif Hacılı Nardaran hadusələrini şərh edir:

Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

***

"NARDARAN CAMAATI ONLARI TANIMIR"

“Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilən hadisə Azərbaycanda ictimai-siyasi sabitliyə zərbə vurmaq və hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədi güdür”.

Qafqaz Müsəlmanları İdarəsinin noyabrın 26-da Nardaranda baş verən hadisələrlə bağlı yaydığı bəyanatda belə deyilir.

İdarə bu hadisənin dinlə əlaqələndirilməsi cəhdlərini birmənalı şəkildə rədd edir, bunu xaricdən və daxildən siyasi məqsədlərlə cəmiyyətdə nifaq salmaq və zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndirir.

Bəyanatda daha sonra deyilir ki, bu hadisənin baş verdiyi Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının mömin kənd sakinlərinə heç bir aidiyyatı yoxdur və əminik ki, Nardaran əhalisi baş verənlərə qarşıdır.

Taleh Bağırzadə
Taleh Bağırzadə

Bəyanatda daha sonra deyilir: “Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman birliyi” adlı qondarma qrumun dindarlara heç bir aidiyyatı yoxdur, o, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyəti yoxdur.

İdarə Azərbaycan müsəlmanları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından, kimliyindən aşlı olmayaraq İslam dininin dəyərlərinə zidd olaraq terror aktı törədənlərin əməllərinə hüquqi qiymət verilməsini tələb edir. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdır.

Amma təəssüflər olsun ki, bu hadisələr insan tələfatı ilə nəticələnib. Xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”-deyə bəyanatda bildirilir.

--

Rəsmi məlumata görə, Nardaran hadisələrində 2-i polis olmaqla 6 nəfər ölüb.

Amma DİN və Baş Prokurorluğun birgə məlumatında (aşağıda oxu) ölənlərin kimliyi açıqlanmır.

DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosunun ölənlərin kimliyi ilə bağlı sualına cavabı belə olub:

"Rəsmi məlumatda nə varsa, onunla da kifayətlənin. Əlavə məlumatımız hələki yoxdur".

***

"Nardaran əməliyyatı" haqda nə düşünürsən?- [Fikrini bu forumda de]

Nardaran qəsəbəsində gedən yolları sakinlər bağlayıb.

Qəsəbə sakinləri hələ də dağılışmayıb.

AzadlıqRadiosunun Sabunçu rayon Polis İdarəsinin qarşısında olan əməkdaşları xəbər verir ki, kütləvi aksiyaları su şırnağı ilə dağıtmaq üçün istifadə edilən maşınlar, zirehli texnika və marşrut reysindən çıxarılmış sərnişin avtobusları naməlum istiqamətə yollanıblar.

Nardarandakı atışmada yaralananları Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanasına gətiriblər. Polis xəstəxananın darvazalarını bağlayıb və içəriyə kənar şəxsləri buraxmır.

Başqa xəstələrin də yaxınları xəstəxanaya buraxılmırlar.

NARDARAN SAKİNLƏRİ BAŞ VERƏN HADİSƏLƏRİ BU CÜR İZAH EDİRLƏR:

Nardaran olayından 2 il ötür. Sakinlər o zaman bunu deyirdi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

***

Nardaran ağsaqqalı Hacı Natiq danışır:

Nardaran ağsaqqalı Hacı Natiq atışmadan danışır
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

İmam Hüseyn meydanında son durum
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

***

MÜBARİZ QURBANLININ AÇIQLAMASI

"İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır".

Bunu "Trend"ə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı son hadisəyə münasibət bildirərkən deyib.

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

M.Qurbanlının sözlərinə görə, "hüquq-mühafizə orqanları qanuna uyğun olaraq tədbirlər keçirərkən kriminallaşmış elementlər mühafizə orqanlarına qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər. Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar".

M.Qurbanlı əlavə edib ki, bu gün bəziləri qondarma təşkilatlar yaradırlar: "Onlar dindarlar adından çıxışlar etmək istəyirlər. Sual olunur: bu adamların din adından çıxış etməyə haqları varmı? Bir yerdə toplaşaraq dövlət quruluşumuza, konstitusiya quruluşumuza, eyni zamanda milli, dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ziyan vuran çağırışlar etməyə haqları varmı? Əlbəttə yoxdur!”

***

POLİS VƏ PROKURORLUQDAN AÇIQLAMA

​Noyabrın 26-da Nardaranda baş verən hadisədə 4 nəfər yerli sakin, iki nəfər polis əməkdaşı ölüb.

Bu haqda Daxili İşlər Nazirliyi ə Baş Prokurorluğun birgə məlumatında deyilir.

Məlumata görə, "ölkədə ictimai-siyasi sabitliyi pozma, təxribat, kütləvi iğtişaşlar və terrorçuluq aktları törətmə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olub.

Din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib." (ardı aşağıda)

Nardaranda adamlar İmam Hüseyn meydanına toplaşır
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

“ÖLKƏ ƏHALİSİNİ HAKİMİYYƏTƏ QARŞI QALDIRMAQ…”

Məlumatda qeyd olunur ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaradıblar:

“Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək, ölkə əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib”.

Adları çəkilən şəxslərin həbsi ilə bağlı noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib:

“Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvünü məhv edib, daha bir neçə nəfəri yaralayıb”.

2 polis əməkdaşı həlak olub.

Rəsmi məlumata görə, hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb.

Hadisə ilə bağlı Taleh Bağırov ilə birgə 14 nəfər saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Baş Prokurorluq cinayət işi başladıb, istintaq aparılır.

Bildirilir ki, cinayətin bütün iştirakçılarının, eləcə də bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib, tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq gedir.

Nardaranda İmam Hüseyn Meydanında noyabrın 26-ı, günorta saatlarında olan vəziyyət:

Nardaranın "İmam Hüseyn" meydanında son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

***

Nardarandakı "İmam Hüseyn" meydanında qəsəbədə keçirilən əməliyyata etiraz edən sakinlər bildirirlər ki, polis bir neçə aydır rəhmətə gedən Hacı Heybət adlı sakinin evinə basqın edib.

Sakinlərin sözlərinə görə, həmin vaxt evdə bir neçə dindar namaza toplaşıbmış.

Sakinlər atışmada kimin öldüyü, kimin yaralandığı barədə dəqiq məlumata malik deyillər. (Ardı aşağıda)

Nardaranlılar müdafiəyə hazırlaşırlar...
Nardaranlılar müdafiəyə hazırlaşırlar...

***

Sabunçu rayon Polis İdarəsinin qarşısı polis nəzarəti ilə gücləndirilib. Əlavə olaraq Çevik Polis Alayının əməkdaşları idarənin qarşısına gətiriliblər. Polis yaxınlıqdakı binalarda yaşayanların eyvana çıxmasına icazə vermir. Polis binasının ətrafındakı avtomobil yolları bağlanıb. Ancaq mühafizənin güclənməsi səbəbləri barədə jurnalistlərə heç bir məlumat verilmir.

***

Nardarandakı atışma şahidlərindən birinin AzadlıqRadiosuna verdiyi məlumata görə, qarşıdurmada 4 yerli sakin həlak olub.

Hələlik atışmada həlak olanlar haqda rəsmi məlumat yoxdur. Amma xəbər verir ki, qarşıdurmada 4 polis əməkdaşı öldürülüb.

“Onlar zibil maşınlarında gəldilər. Həyətə girib atmağa başladılar”.

Atəşma şahidi bunu deyərək əlavə edir ki, onun özü kənddəki dindarlardan birinin evində namaz qılırmışlar. Bu zaman bayırdan atışma səsələri gəlib:

“Xidməti maşında olsaydılar, kənd camaatı heç girməyə qoymazdı. Zibil, mebel maşınında gəliblər. Biz içəridə namaz qılırdıq. Bayırdan gələn güllə səslərinə çıxdıq. Onlar sağa-sola avtomatdan atəş açmağa başladılar. Biz içəriyə girdik. Onlar da ata-ata içəri girdilər. Nalayiq ifadələr işlədərək bizi "dubinka" ilə vurmağa başladılar. Hacı Talehi qoruyurduq ki, ona toxunmasınlar. Kənd cammatı toplaşmağa başlamışdı. Bundan qorxuya düşdülər. Zor tətbiq edərək Hacı Talehi aldılar və arxaya atəş ata-ata gəldikləri maşınlara doluşub getdilər. 3 nəfər öldü, 15 yaralı oldu. 20-yə yaxın adamı da apardılar özləri ilə”.

Atışmada yaralananlar Sabunçu xəstəxanasına aparılıb. Video burda

Hadisələrin əvvəli burda

AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG