Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Nazarbayev el arasına çıxıb


Nursultan Nazarbayev Nur-Sultanda yeni məscidin açılışında
Nursultan Nazarbayev Nur-Sultanda yeni məscidin açılışında

İctimaiyyət arasında nadir hallarda görünən keçmiş prezident Nursultan Nazarbayev Qazaxıstan paytaxtı Nur-Sultanda yeni məscidin açılışına qatılıb. Onu yanvar etirazlarından sonra işdən çıxarılmış iki köməkçisi müşayiət edib.

82 yaşlı keçmiş prezident yanvarda baş verən iğtişaşlardan sonra üçüncü dəfədir el arasına çıxır.

Nazarbayev məscidin tikintisi haqda qısa çıxış edib.

O, Qazaxıstanı otuz ilə yaxın idarə edib. 2019-cu ildə istefa verərək Qasım-Jomart Tokayevi varisi seçib.

Təhlükəsizlik Şurasının rəhbəri kimi müstəsna səlahiyyətlərini saxlayan Nazarbayevin həm də “Elbaşı” titulu qalırdı.

Yanvar etirazlarından sonra

Bu ilin yanvarında yanacağın bahalanmasına etirazlar ölkəni bürüdü, Nazarbayevin hakimiyyəti dövründə kök salmış qohumbazlığa qarşı kütləvi qəzəbə çevrildi. İğtişaşlarda 200-dən çox adam öldürüldü, yüzlərlə saxlanan oldu.

Bu hadisələrdən sonra Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasından kənarlaşdıraraq onun yerinə keçdi. Keçmiş prezidentin bir sıra qohumları və müttəfiqləri vəzifədən çıxarıldı, istefa verdilər. Bəziləri korrupsiya ittihamları ilə həbs olundular.

Tokayevin təşəbbüsüylə iyunda keçirilən referendumla Nazarbayevin adı Konstitusiyadan çıxarıldı, onun “Elbaşı” titulu ləğv olundu.

Tənqidçilər indiki prezidentin təşəbbüslərini kosmetik adlandırırlar. Onlar deyirlər ki, korrupsiya və nepotizmin kök saldığı ölkədə avtokratik sistem əsasən dəyişməyəcək.

XS
SM
MD
LG