Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:49

Neft Fondunun aktivləri artıb, amma...


Xəzər dənizində neft buruqları
Xəzər dənizində neft buruqları

Oktyabrın 1-nə olan göstəricilərə görə, ilin əvvəli ilə müqayisədə Dövlət Neft Fondunun (DNF) aktivləri 6,7 faiz artıb. Aktivlərin ümumi məbləği 35 822,1 milyon dollara bərabərdir.

Dövlət Neft Fondunun 2016-cı ilin 3 rübündəki gəlir və xərcləri barədə məlumatında belə deyilir.

2016-cı ilin 9 ayında DNF-nin büdcə gəlirləri 6 618,6, büdcə xərcləri isə 3 823,1 milyon manat təşkil edib.

Buna da bax:​ Neft pulunu necə xərcləməməyi götür-qoy edirlər

“Yanvar-sentyabrda fondun neft və qaz sazişləri üzrə gəlirləri 5 883,8 milyon manat olub. Mənfəət neftinin və qazın satışından 5 867 milyon, bonus ödənişlərindən 0,1 milyon, tranzitdən 13,4 milyon manat gəlir olub”, məlumatda bildirilir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734 milyon manatdan artıq olub.

Fond valyuta məzənnələrinin dəyişməsindən də gəlir əldə edib. Büdcədənkənar həmin gəlirin ümumi məbləğinin 2 612,3 milyon manat olduğu bildirilir.

Qeyd olunan dövr boyunca fond 2016-cı ilin büdcəsinə 3 260,0 milyon manat transfert edib.

Buna da bax:​ “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsinizmi?

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 73,8, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə isə 48,6 milyon manat vəsait ayrılıb.

Fondun məlumatında “Cənub Qaz Dəhlizi” layihəsinə 241,9, “STAR” neft emalı kompleksinin tikintisinə isə 127 milyon manat ayrıldığı bildirilir.

2016-cı ildə fondun idarə edilməsi ilə bağlı xərclər 11,9 milyon manat olub.

Fonddan verilən xəbərə görə, bu vəsaitin valyuta ifadəsində 33 milyard 949,6 milyon ABŞ dolları investisiya portfelinin, 1 milyard 872,5 milyon ABŞ dolları isə manat hesabının payına düşür.

XS
SM
MD
LG