Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:04

Rusiya və Qazaxıstan hasilatı artırmağa çağırır. Neftin qiyməti düşə bilər


Rusiya və Qazaxıstan neft ixrac edən ölkələrin OPEC təşkilatının yanvarın 4-də keçirilən iclasında hasilatı artırmaq istədiklərini bildiriblər.

OPEC üzvləri olan ölkələr isə koronavirusun yeni ştammının yayılması ilə bağlı neftə olan tələbatın azalacağından narahatdırlar.

OPEC və onun Rusiya da daxil müttəfiqlərinin OPEC+ kimi tanınan qrupu dekabrda keçirilən iclasda ümumi hasilatı yanvar ayından günə 500 min barrel artırmaq barədə qərara gəlmişdilər.

Həmin vaxtlar onlar tələbatın dirçələcəyinə ümid bəsləyirdilər.

OPEC+ qrupu hasilatın nəzərdən keçirilməsi üçün hər ay iclas keçirməyi planlaşdırır.

Səudiyyə ehtiyatlı olmağa çağırır

Yanvarın 4-də keçirilən iclasda Rusiya və Qazaxıstan fevral ayından hasilatı bir qədər də artırmağa çağırıblar.

Lakin İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri hasilatın eyni səviyyədə saxlanmasını istəyirlər.

Səudiyyə Ərəbistanının neft naziri şahzadə Əbdüləziz bin Salman deyib ki, OPEC+ üzvləri hasilatın artırılması məsələsində ehtiyatlı olmalıdırlar.

Onun fikrincə koronavirusun yeni ştammının yayılması neft bazarında gözlənilməz təbəddülatlar yarada bilər.

Ekspert: Bu dəfə Rusiya ilə dil tapmaq çətin olacaq

Səudiyyə Ərəbistanı əslində OPEC-in rəhbəridir və ötən ilin martında onunla Rusiya arasında baş vermiş ixtilaf neftin qiymətini bir günün içində son onilliklərin ən aşağı həddinə düşürmüşdü.

Bundan sonra Moskva və Riyad arasında qarşıdurma aprel ayınadək davam etmiş, amma nəticədə OPEC+ hasilatı gündə 9.7 milyon barrel azaltmaq barədə razılığa gəlmişdi.

O vaxt da koronavirusun sürətlə yayılması qlobal neft tələbatına dağıdıcı zərbə vurmuşdu.

Lakin OPEC+ sonralar tələbatın tədricən artması ilə bağlı hasilatı da artırmış, neftin qiyməti bir barrel üçün 50 dollar civarında sabitləşmişdi.

İndi isə yanvar ayından günə 7.2 milyon barrel ixtisar da azaldılacaq.

Rystad Energy analitik mərkəzindən Byornar Tonhaugen yanvarın 4-də deyib ki, ixtisarın azaldılması may ayından əvvəl neft qiymətlərini ciddi şəkildə sala bilər.

O qeyd edib ki, bu dəfə Rusiyanı yola gətirmək o qədər də asan olmayacaq.

XS
SM
MD
LG