Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:08

'Adi kəndliləri sıradan çıxarırlar…'


12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil'
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil'

Bir neçə il bundan əvvəl pambıqçılıq Azərbaycanda prioritet sahələrdən biri elan edilmişdi. Rəsmilər son illər pambıqçılığın ölkədə inkişaf etdirildiyini vurğulayaraq əlavə etmişdilər ki, bu strateji məhsul Azərbaycanın ixrac potensialında önəmli yer tutmağa başlayıb. Hətta "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" da qəbul olunub. Rəsmi məlumata görə, 2018-ci ilin 8 ayında ölkədə 156 min hektarda pambıq əkilib. Pambıq qəbulu məntəqələrinə isə 158 min 83 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin vurğulamasına görə, bu, 2017-cu ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çox idi.

Rekord məhsul, yoxsa 'pripiska'?
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Pambıq sahələri azalırmı?

2020-ci ilin iyulunda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunan müzakirələrdə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirmişdi ki, 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Lakin qeyd edildiyinə görə, 7 min hektar sahədə birinci vegetasiya suvarması başa çatmayıb: "Eyni zamanda, 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik".

Onun qeyd etməsinə görə, pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Fermer: 'Pambıq yanır, suyu bizə yox, məmurların sahələrinə verirlər'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Bütün su oliqarxların təsərrüfatlarına gedir"

Pambıqçılıqla məşğul olan Saatlı fermerləri də bu günlər AzadlıqRadiosuna bildirib ki, ötən ildəki kimi, bu il də suvarma problemi ilə üzləşiblər: "Su kanalı olduğu halda bizə su verilmir. Bütün bu su oliqarxların təsərrüfatlarına gedir. Bizdə isə məhsulun 30-40 faizi artıq məhv olub. Belə getsə, ziyana düşəcəyik".

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb və artıq birinci vegetasiya suvarması başa çatıb, dərmanlanma prosesi gedir: "Pambıq ən çox gəlir gətirən və ən əməktutumlu sahələrdən biridir. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm də məhsul subsidiyası alırlar".

Qurumdan qeyd olunub ki, fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat ödənilir: "Onlardan 220 manat əkin subsidiyası, 40 manat isə dizelin bahalaşmasından sonra artırılan subsidiya miqdarıdır. (Bu ilin əvvəlində ölkədə dizel təqribən 30 faiz bahalaşıb) Bundan əlavə, pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manata satın alınır. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini, digər yazlıq əkinlər kimi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediblər".

Saatlıda əkinçilər xəbərdarlıq edir - su olmasa pambıq batdı
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

"Bu, ümumi problemdir"

"Azərsumeliorasiya" ASC-dən isə fermerlərin şikayəti ilə bağlı "Turan"a deyilib ki, suvarmadakı problemlərin səbəbi ümumi problemdir: "Suyun ayrı-ayrı sahələrə verilməsi iddiası həqiqəti əks etdirmir. Bu, ümumi problemdir. Yaranmış suyun çatışmazlığı Araz çayında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda pambıqçılıq o qədər də gəlirli sahə deyil. Ekspert deyir ki, ölkədə istehsal olunan pambığın 80 faizindən çoxu xammal kimi ixrac edilir: "Yerdə qalan 20 faizindən isə elə məhsul əldə olunur ki, keyfiyyəti aşağı olduğu üçün digər ölkələrin məhsulu ilə rəqabət apara bilmir".

V.Məhərrəmlinin fikrincə, hökumət əhalinin daha çox iş yeri ilə təmin və pambıqçılıqdan daha çox gəlir eldə edilməsi üçün son məhsul istehsalında maraqlı olmalıdır: "Ancaq Azərbaycan bunu etmir və məhsulu xammal kimi satır".

V.Məhərrəmli
V.Məhərrəmli

"Məmurlar… iri təsərrüfatları yaratdılar"

O da deyir ki, suvarma məsələsində ayrıseçkilik mövcuddur: "Əvvəl dövlət məmurları istədilər ki, fermerlər əkinlə məşğul olsunlar. Sonra isə istehsal etdiyi pambığı çox ucuz qiymətə onlardan alsınlar və yüksək gəlir əldə etsinlər. Ancaq bu alınmadı, kəndlilər tələb edib ki, onlara ödəniş ədalətli olsun. Bununla da alış qiymətləri artırıldı. Sonra məmurlar gördü ki, bu onlara sərf etmir və iri təsərrüfatları yaratdılar. Hazırda isə su həmin oliqarx məmurlarının təsərrüfatlarına verilir".

Onun sözlərinə görə, hər il dövlət büdcəsindən pambıqçılığın inkişafı üçün milyonlarla dollar ayrılır: "Bunu adi kəndliyə verərlərmi? Yaratdıqları iri təsərrüfatları üçün torpaqları pulsuz zəbt ediblər, dövlət büdcəsi hesabına su kanalları çəkiblər, çoxlu sayda bahalı texnika alıblar. Özləri pambığı əkib, emal edib ixrac edəcəklər. Bununla da adi kəndliləri sıradan çıxarırlar və rəqabətsiz mühit yaradırlar".

XS
SM
MD
LG