Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Panama “Panama sənədlərinin” araşdırılmasına mane olur


Kolumbiya Universitetinin professoru "Panama sənədlərini" araşdıran şuranı tərk edib
Kolumbiya Universitetinin professoru "Panama sənədlərini" araşdıran şuranı tərk edib

Nobel mükafatlı iqtisadçı Joseph Stiglitz “Panama sənədləri” qalmaqalının araşdırılması məqsədilə Panama hökumətinin yaratdığı məşvərət şurasının sədri postundan istefa verib.

Panamanın Mossack Fonseca hüquq firmasından sızdırılmış 11, 5 milyon ifşaedici sənəd dünyanın hakimiyyət və sərvət sahiblərinin vergidən yayınma və dövlət büdcəsindən mənimsəmələrini faş etmişdi.

“Panama sənədləri” kimi tanınan milyonlarla elektron məktublarda dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı var. Onların arasında İslandiya və Pakistanın Baş nazirləri, Ukrayna prezidenti, Azərbaycan prezidentinin ailəsi və Səudiyyə Kralı da var.

İfşaedici "Panama sənədlərində" Əliyevlər ailəsi üzvlərinin də adları var
İfşaedici "Panama sənədlərində" Əliyevlər ailəsi üzvlərinin də adları var

Bunun ardınca Panama hökuməti ölkədə qanunsuz maliyyə fəaliyyətlərinin araşdırılması üçün şura tərtib etmişdi.

Lakin indi bu şurasının sədri cənab Stiglitz və istefa vermis daha bir şura üzvü, isveçrəli antikorrupsiya eksperti Mark Pieth bildirblər ki, onların araşdırmasına hökumətin müdaxiləsi az qala senzura səviyyəsinə çatıb.

7 nəfərdən ibarət şurada Panamanın öz ekspertləri də var.

İfşa olunanlar mane olurlar

"Mən elə bilirdim ki, hökumət bu işə ciddi yanaşır, lakin indi görürəm ki, bu, belə deyilmiş…” – deyibStiglitz Reuters agentliyinə, - Onların bizə badalaq vurmaq səyləri lap mat qoyur”.

Panamanın Xarici İşlər Nazirliyi bəyan edib ki, “hər iki istefaya anlaşma ilə yanaşır, lakin şəffaflığa və beynəlxalq əməkdaşlığa sadiqdir”.

Nazirlik bildirib ki, o artıq şuranın tövsiyələrindən bir neçəsinin icrasına başlayıb. Lakin Stiglitz və Pieth Reuters agentliyinə deyiblər ki, onlar araşdırmaya dair yekun hesabatın hökumət tərəfindən açıqlanmayacağından narahatdırlar.

Onlar bunu da əlavə ediblər ki, Panama hökuməti “Panama sənədləri” ilə adları rüsvay olan bəzilərinin təzyiqi ilə üzləşir.

XS
SM
MD
LG