Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

Paşinyan: Bu üçlük Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytardı


Nikol Paşinyan parlamentdə
Nikol Paşinyan parlamentdə

1998-ci ildə irəli sürülmüş “vahid dövlət” prinsipinə görə, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində qalmalı, qarabağlılar xüsusi “Dağlıq Qarabağ” qeydi olan Azərbaycan pasportu gəzdirməlidir

Baş nazir Nikol Paşinyan keçmiş prezidentlər Serj Sarkisyanla Robert Koçaryan başda olmaqla müxalifətin Qarabağla bağlı iddialarını yalan adlandırıb. Keçmiş liderlər iddia edirlər ki, prezidentlik illərində “Atrsax (Dağlıq Qarabağ-red.) heç vaxt Azərbaycanın tərkibində olmayacaq” devizi ilə hərəkət ediblər.

“Danışıqlar prosesi boyunca həm Robert Koçaryan, həm də Serj Sarkisyan, siyasi yol yoldaşları “Daşnaksutyun”la birlikdə Artsaxı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, yaxud “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” prinsipilə hərəkət etməyiblər”, – Paşinyan iyunun 15-də parlamentdə çıxışında deyib.

“Vahid dövlət”, Madrid prinsipi

Baş nazir dediklərini Koçaryan və Sarkisyanın danışıqlar apardığı sənədlərdən hissələrlə əsaslandırıb. Məsələn, 1998-ci ildə irəli sürülmüş “vahid dövlət” prinsipinə görə, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində qalmalı, qarabağlılar xüsusi “Dağlıq Qarabağ” qeydi olan Azərbaycan pasportu gəzdirməlidir.

“Təbii, bu haqda Robert Koçaryan, Serj Sarkisyan və ‘Daşnaksutyun’ da bilirdi. Qəribədir ki, onlar həmsədrlərin bu təklifinə cavab verməyiblər, deməyiblər ki, Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, – Paşinyan deyib.

Baş nazir deyir ki, Koçaryanın idarəçiliyinin sonunda dövriyyəyə buraxılaraq Serj Sarkisyana ötürülən Madrid prinsiplərində isə Qarabağın Azərbaycanın tərkibindən çıxmasını nəzərdə tutan istənilən praktik imkan istisna edilib. Çünki Yerevan Qarabağın statusunun referendum yoluyla müəyyənləşdirilməsinə razılaşıb.

“Robert Koçaryan– Serj Sarkisyan- ‘Daşnaksutyun’ üçlüyü faktiki olaraq, Dağlıq Qarabağı Azərbaycanın tərkibinə qaytardı. Çünki deyildi ki, 1991-ci ilin 10 dekabrında keçirilmiş referendumda Artsaxın statusu müəyyənləşdirilməyib, yəni, Dağlıq Qarabağ bu referendum nəticəsində müstəqillik, yaxud status almayıb və bu status gələcəkdə keçiriləcək referendumda müəyyən olunacaq”, – Paşinyan bildirib.

“Geriyə yol... məhvə aparır”

“Ayastan” (“Ermənistan”) fraksiyasından deputat, “Daşnaksutyun” partiyasının üzvü Gegam Manukyan isə sual edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə bütün bunları bilmirdimi?

“Bütün bunlardan sonra onun lovğalığı, ‘Artsax- Ermənistandır, nöqtə’ deməyi, Şuşada rəqslər... bunlar nə üçün idi?” – Manukyan söyləyib.

Paşinyan isə bildirib ki, bundan sonra Qarabağ münaqişəsinin tənzimlənməsinin əsasında Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təminatı və bundan irəli gələn status dayanmalıdır. Onun sözlərinə görə, sülh gündəminin uğurlu olacağına heç kəs təminat verə bilməz, bu yol həm daxildən, həm də xaricdən ittihamlar, təhdidlər, itkilərlə müşayiət olunur, “bizimsə bu yolu keçməyə iradə və qətiyyətimiz var”.

“Ancaq mən dəqiq zəmanət verə bilərəm ki, geriyə yol təkcə Dağlıq Qarabağı deyil, Ermənistanı da məhvə aparır, biz isə buna yol verə bilmərik”, – Paşinyan deyib.

Qarabağ ermənilərinin Milli Məclisdə deputatı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Əliyevin dedikləri

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma Qarabağda ermənilərin yaşadıqları ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da Bakıda çıxışında deyib ki, Ermənistandan Dağlıq Qarabağın statusu ilə bağlı sözlər eşidilir, bu isə “Ermənistanın özü üçün təhlükəlidir”. Prezident vurğulayıb ki, Paşinyanla aprelin 6-da Brüsseldə imzalanmış bəyanatda da Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağı aydın şəkildə göstərilib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən həmin görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub. Bir gün sonra ikitərəfli komissiya yaradılıb və iclası keçirilib.

XS
SM
MD
LG