Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:58

Örüş yersiz qalan kəndli, pay torpağını da itirə bilər? (2-ci hissə)


Örüş yersiz qalan kəndli, pay torpağını da itirə bilər? (2-ci hissə)
Gözlə

No media source currently available

0:00 0:10:24 0:00

AzadlıqRadiosunun torpaqlarla bağlı araşdırmasının ikinci hissəsində öyrənəcəksiz ki, kəndlilər bələdiyyə və ümumi istifadədə olan örüş sahələrindən yararlanmaq üçün çarpışdıqları halda, onların özlərinin xüsusi mülkiyyətində olan pay torpaqları ilə bağlı narahatlıqlar başlayıb.

QEYD:
Reportaj yayımlanandan sonra, araşdırmada adı keçən lakin material hazırlandığı zaman dəfələrlə zəng edilməsinə baxmayaraq, geri dönüş etməyən Əlibala Səlimovun özü AzadlıqRadiosu ilə əlaqə saxlayıb. O, bildirib ki, bələdiyyənin ehtiyyat torpağından hərrac yolu ilə oğlunun adına müxtəlif yerlərdə, ümumilikdə 48 hektar torpaq icarəyə götürüb. Onun sözlərinə görə, o vaxt torpaq islahatları zamanı torpaqlar bölüşdürüləndə kəndlilərin özləri örüş yerləri istəməyiblər: “Məndə həmin görüşün video yazısı da var. Mən təklif elədim ki, gəlin örüş yerinə 100 hektar torpaq ayıraq, kənd camaatı dedi ki, biz heyvanımızı ayağımıza bağlayacağıq, istəmədilər örüş yeri”. O ki qaldı onun bələdiyyə sədri olduğu vaxt vergilərin yığılmamasına, Əlibala Səlimov deyib ki, vətəndaşlara vergi borcu ilə bağlı bildirişlər göndərib, onların özləri ödəməyiblər: “İndi məni ittiham edirlər ki, mən götürdüyüm torpaqların vergisini verməmişəm. Mənim əlimdə ödənişi etdiyimi göstərən qəbzlər var”.

XS
SM
MD
LG