Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:11

Paşinyan minaların xəritəsindən danışdı


Nikol Paşinyan
Nikol Paşinyan

Azatutyun Ermənistan tərəfin xəritəni verməsinin müxalifətin tənqidinə səbəb olduğunu yazır. Baş nazir əvəzi isə ittihamları spekulyasiya adlandırıb, İsrail hökumətindən misal gətirib

Ermənistan tərəfi mina xəritələrinin hamısını Azərbaycana verməyə hazırdır. Bunu Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan iyunun 13-də seçki kampaniyası zamanı çıxışında deyib. O, seçiciləri əmin edib ki, xəritələrin yalnız kiçik bir hissəsi Azərbaycana verilib. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ötən gün Kotayk regionunda olub.

“Biz dekabrda konstruktiv mühit yaratmaq üçün həmin xəritələrdən kiçik rəqəmləri verdik. Onların əsirlərin qaytarılması dayandırdığını anlayanda biz də dayandıq. Biz minalanmış ərazilərin xəritələrini onlara verməyə hazırıq. Amma elə anlamayın ki, əsirləri verməsələr də o xəritələri verəcəyik”, – Paşinyan vurğulayıb.

Addıma addımla cavab vermək

İyunun 12-də Birləşmiş Ştatlar və Gürcüstan hakimiyyətinin vasitəçiliyi ilə Azərbaycan 15 nəfər Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. Ermənistan isə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın əks etdirən xəritələri Azərbaycana təqdim edib.

AzadliqRadiosunun Ermənistan xidməti (Azatutyun) yazır ki, Paşinyan əsirlərin qaytarılmasında yeni prosesin başlandığını və Azərbaycan tərəfinin addımı konstruktiv hesab etdiyini bildirib.

O, xəritələrin heç də əsirlərin əvəzində verilmədiyini, sadəcə addıma addımla cavab verdiklərini söyləyib. “Biz onlara xəritələri verdik, amma mübadilə kimi deyil. ABŞ-ın Dövlət katibinin köməkçisi soruşdu ki, ‘Onlar addım atsalar, siz də atarsınızmı?’ Mən də dedim ki, ‘Bəli, biz addım atmağa hazırıq’. ‘Hansı addımı atmağa hazırsınız?’ Dedim ki, ‘onlara əlimizdəki xəritələrin bir hissəsini verərik’”, – Paşinyan deyib.

İsrail nümunəsi

Azatutyun Ermənistan tərəfin xəritəni verməsinin müxalifətin tənqidinə səbəb olduğunu yazır. Baş nazir əvəzi isə ittihamları spekulyasiya adlandırıb, İsrail hökumətindən misal gətirib.

“İsrail 2011-ci ildə özünün 1 əsgərinin əvəzində terrorçuluğa və hərbi cinayətlərə qurşanan və bu üzdən həbs olunan 128 Fələstinlini azad etdi... İndi biz bircə bölgənin xəritəsini vermişik”, – Paşinyan söyləyib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. 10 noyabr atəşkəs razılaşması ilə Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Müharibə bitəndən sonra saxlanmış hərbçiləri Azərbaycan əsir deyil, terrorçu-diversant sayır. Onlarla bağlı istintaq getdiyi, məhkəmə keçiriləcəyi bildirilir.

XS
SM
MD
LG