Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:49

Spiker Pelosi baş prokuroru Konqresə ‘yalan deməkdə’ ittiham edir


Nümayəndələr Palatasının spikeri Nancy Pelosi
Nümayəndələr Palatasının spikeri Nancy Pelosi

ABŞ Numayəndələr Palatasının spikeri Nancy Pelosi baş prokuror William Barrı xüsusi prokuror Robert Mueller-in hesabatına münasibəti barədə Senatda keçirilən dinləməyə yalan deməkdə ittiham edib.

Barrın mayın 1-də Senatın Ədliyyə Komitəsində ifadə verdikdən sonra, mayın 2-də Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən görüşə gəlməməsi demokratları qəzəbləndirib.

Baş prokuror vəzifəsinə Trump tərəfindən təyin edilmiş Barr demokratlaırn çoxluq təşkil etdiyi Nümayəndələr Palatası komitəsindəki dinləməyə bu tədbirin “formatı” ilə razılaşmadığına görə gəlmədiyini bildirib.

Lakin Barrın imtina bəyanatına baxmayaraq Ədliyyə Komitəsinin sədri Jerrold Nadler dinləməni baş prokurorsuz keçirmək qərarına gəlib.

Barrın Konqres dinləməsinə gəlmədiyini görən Pelosi deyib ki, baş prokurorun Konqresə verdiyi ifadə “son dərəcə ciddi” suallar doğurur:

“Birləşmçiş Ştatların baş prokuroru Birləşmiş Ştatların Konqresinə həqiqəti söyləməyib. Bu cinayətdir”.

Konqresdə ən vəzifəli demokrat olan Pelosi əlavə edib ki, nə baş prokuror, nə də respublikaçı prezident Dobnald Trump qanundan yüksəkdə deyillər.

Nadler isə bildirib ki, o “daha bir xoşməramlı addım kimi” xüsusi prokuror Mueller-in hesabatının tam mətninin açıqlanması üçün Barrla danışıqlar aparacaq.

Nadler əlavə edib ki, əgər bu danışıqlar da nəticəsiz qalsa, onda Barra qarşı Konqresə hörmətsizliyinə görə hüquqi hərəkətə keçəcək.

Barr bildirib ki, o Nümayəndələr Palatasının dinləməsində bu dinləmənin formatına görə iştirakdan imtina edib, beləki demokratlar ilkin dinləmənin ardınca Konqres hüquqşünaslarının da ona suallar verməsini nəzərdə tutublar.

Ağ Evin sözçüsü Sarah Sanders mayın 2-də Konqres vəkillərinin baş prokuroru sorğu-suala tutmasının düzgün olmadığını deyib.

Ədliyyə Nazirliyinin sözçüsü, xanım Kerri Kupec isə belə bir prosedurun “indiyədək görünməmiş və qeyri-zəruri” hadisə olacağını deyib.

Barr bundan bir gün əvvəl ABŞ Senatında keçirilən dinləmədə suallara cavab vermişdi. Həmin dinləmədə respublikaçı senatorlar onun və Trump-ın mövqeyini müdafiə etmişdilər.

Lakin demokrat senatorlar Barrı Mueller hesabatını təhrif etməkdə ittiham edirlər.

Barrın Mueller hesabatına dair qiymətləndirməsində deyilir ki, xüsusi prokuror prezidentin ədalətə mane olmasına dair sübutlar tapa bilməyib.

XS
SM
MD
LG