Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:50

Putin Baydeni niyə təbrik etmədiyini izah edir


Vladimir Putin (sağda) və Co Bayden (Moskva, 2011-ci il)
Vladimir Putin (sağda) və Co Bayden (Moskva, 2011-ci il)

Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ABŞ-da prezident seçilmiş Co Baydeni təbrik etməmək qərarının arxasında heç bir gizli motiv yoxdur.

O israr edib ki, Kreml ABŞ-dakı “daxili siyasi qarşıdurmanın” başa çatmasını gözləyir.

Rusiya prezidentinə bundan əvvəl də Baydenin qələbəsini niyə hələ də tanımadığına dair suallar verilmişdi.

İndiyədək Co Baydeni ABŞ-ın demək olar bütün Qərb müttəfiqləri təbrik ediblər.

Amma Trampı birinci təbrik etmişdi

Şərhçilər xatırladırlar ki, 2016-cı ildə Putin Donald Trampı təbrik edən ilk liderlərdən biri olmuşdu.

O vaxt Tramp-ın demokrat rəqibi Hilari Klinton artıq noyabrın 9-da məğlubiyyətini qəbul etmişdi.

Bayden ABŞ seçki kollegiyası səslərinin sayına görə qeyri-rəsmi olaraq prezident seçkisinin qalibi elan edilib.

ABŞ Seçki Kollegiyası rəsmi qalibin elan edilməsi üçün dekabrın 14-də iclas keçirməlidir.

Ənənəyə görə rəsmi inaqurasiya Vaşinqtonda 2021-ci il, yanvarın 21 də keçirilməlidir.

“Korlanmış münasibətləri korlamaq”

Bundan əvvəl Putinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya prezidentinin indidən Baydeni təbrik etməsi düzgün olmazdı:

"Mən sizi əmin edirəm: burada heç bir gizli motiv yoxdur. Yəni söhbətin bizim kimdənsə xoşumuzun gəlməsindən və ya gəlməməsindən getmir. Biz sadəcə olaraq ABŞ-dakı daxili siyasi qarşıdurmanın başa çatmasını gözləyirik”.

Putin isə bildirir ki, Rusiyanın ABŞ-la gələcək münasibətləri orada kimin prezident seçkisində qalib olmasından asılı olmayacaq:

"Korlanmış münasibətləri korlamaq mümkün deyil. Bu münasibətlər artıq korlanıb”.

Rusiya prezidenti bununla yanaşı deyib ki, ABŞ seçki sistemi qüsurludur və buna görə Vaşinqtonun başqa ölkələrin seçkilərini qeyri-demokratiklikdə ittiham etmək üçün mənəvi haqqı yoxdur.

Lakin ATƏT müşahidəçiləri ABŞ da seçkinin “rəqabətli olduğunu və yüksək səviyyədə keçirildiyini” bildirirlər.

Amma müşahidəçilər həm də hazırkı prezident Donald Trampı “seçkinin saxtalaşdırıldığına dair əsassız iddialarına və demokratik təsisatları gözdən saldığına” görə tənqid ediblər.

XS
SM
MD
LG