Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş


'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [Video]
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [Video]

►Ilqar Məmmədovun ad günü münasibətilə hazırlanan flayer...

REAL Hərəkatı iyunun 12-də “Qanun ” nəşriyytaındakı yoxlamalarla bağlı açıqlama yayıb.

Bəyanatda qeyd edilir ki, bu "yoxlamaların" mahiyyəti hərəkatın həbsdə olan sədri İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerləri müsadirə etmək olub.

Hərəkat bildirir ki, onlar 1 milyon insanı təşkilatın sədrinin həyat yolu və həbsi barədə məlumatlandırmaq istəyiblər.

“REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur ki, qanunsuz həbsdə saxlanan sədrindən çəkindiyini sübut edir. Hakimiyyət nəşriyyatdakı yoxlamalara "bomba axtarmaq" adı qoymaqla bu flayerlərin yayılmasının "bomba" effekti yaradacağını düşünürmüş”-deyə bəyanatda qeyd edilir.

Polis iyunun 11-də “Qanun” nəşəriyytaının binası qarşısında post qurmuşdu. Həmin gün nəşriyyatın direktoru Şahbaz Xudoğlu şəhərdə olmadığından ofisin qapısı polisin üzünə açılmamışdı. İyunun 12-də isə polis nəşriyyatda yoxlama aparıb və bəzi çap məhsullarını özü ilə aparıb.

Hüquq mühafizə orqanları yoxlamanın səbəbi ilə bağlı hər hansı açıqlama verməmişdi.

Sabah İlqar Məmmədovun 45 yaşı tamam olur.

O, 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG