Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:44

"Qənimətin qohumusan? Getdik məhkəməyə!"


Qənimət Zahid
Qənimət Zahid

►“Müstəntiq deyib, “yuxarıdan göstəriş var””

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının məhkəməsində istintaqı aparmış müstəntiqin, eləcə də Şamaxının polis rəisinin məhkəmədə dindirilməsi tələb olunur.

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun işinə baxılarkən bu barədə vəsatət qaldırılıb. Proses hakim Eldar Mikayılovun sədrliyilə keçirilir.

Rüfət və Rövşən Zahidovlar dövlət hesabına təyin olunmuş vəkillərdən imtina ediblər. Yalnız qohumlarının müqavilə bağladıqları vəkillərin xidmətilə kifayətləniblər.

Rövşən Zahidovun vəkili Tahir Xanəliyev müdafiə etdiyi şəxsdən ifadənin təzyiq altında alındığını vurğulayaraq, həmin ifadələrin də, bəzi digər sübutlar kimi, yolverilməz sübut olduğunu bildirib. Müdafiəçi Rövşən Zahidovun məruz qaldığı təzyiqlərdən danışıb:

“ONUNLA NƏ ƏLAQƏN VAR?”

"Rövşən Zahidov iyulun 20-də Şamaxıda avtobusdan düşəndən sonra saxlanılıb. Ondan Qənimət Zahidovun qohumu olub-olmadığını soruşublar. Qohumu olduğunu biləndən sonra şöbəyə, oradan da məhkəməyə aparıb, polisə müqavimət ittihamı ilə 25 sutka inzibati həbs cəzası veriblər. Şamaxı rayon Polis Şöbəsində təkadamlıq kamerada saxlanılıb, ailəsilə ünsiyyət hüququ pozulub. İyulun 23-də Rövşən Zahidovdan izahat alınıb, deyiblər ki, “Rüfət Zahidov tutulanda üstündən narkotik çıxıb, sənin onunla nə əlaqən var?” O da bildirib ki, Rüfətlə əlaqəsi yoxdur, üstəlik, onun narkotiklə məşğul olduğuna inanmır. Bundan 2-3 saat sonra Rövşəni Şamaxının polis rəisi Habil Əmiraslanovun yanına aparıblar, orada təzyiqlərə məruz qalıb, ondan müstəntiqin dediyi kimi izahat yazmaq tələb olunub. Beləcə, təzyiq altında izahat alınıb. Rövşənin başqaları ilə ünsiyyətinin qarşısını almaqdan ötrü onun inzibati həbsindən verdiyim apellyasiya şikayətini avqustun 16-da Sumqayıt Apellyasiya Məhkəməsinə göndəriblər. Halbuki, bu cür şikayətlər 2-3 gün ərzində göndərilməlidir. Avqustun 15-də onu Bakıya gətirib, təqsirləndirilən şəxs qismində cəlb etməklə barəsində həbs-qətimkan tədbiri seçilib".

Tahir Xanəliyev müdafiə etdiyi şəxsin Qənimət Zahidin qohumu olduğuna görə həbs edildiyini vurğulayıb. Onun sözlərinə görə, istər Şamaxı polisində, istərsə də Bakı Səbail Rayon Polis İdarəsində bunu gizlətməyiblər, müstəntiq açıq deyib ki, "burada bizlik heç nə yoxdur, "yuxarı"dan göstəriş var". Vəkilin fikrincə, məqsəd Qənimət Zahidə qarşı təzyiqləri bir qədər də artırmaq, qohumlar arasında nifaq salmaqdır. (Ardı aşağıda)

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

“ONLAR 2 İLDƏN ÇOXDUR GÖRÜŞMƏYİBLƏR”

Vəkil Rövşən Zahidovun izahatı ilə yanaşı, evində axtarış aparılmasına dair protokolun da qanunsuz olduğunu bildirib və sübutlar siyahısından çıxarılmasını istəyib.

Ağasadıq Zahidov
Ağasadıq Zahidov

O, həmçinin Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanovun, Səbail Rayon Polis İdarəsinin müstəntiqi İlqar Həmidovun, Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Daha bir vəsatət isə Şamaxı rayon Polis Şöbəsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və Səbail Rayon Məhkəməsinə sorğular göndərilməsi haqda olub.

Digər təqsirləndirilən Rüfət Zahidovun vəkili Bəhruz Bayramov da müdafiə etdiyi şəxsə qarşı ittihamın qanunsuz və saxta sübutlara əsaslandığını deyib:

"İttihamda yazılıb ki, guya Rüfət Zahidov Rövşən Zahidovla görüşüb və saxlaması üçün narkotiki ona verib. Halbuki, Rüfət Zahidov Rövşən Zahidovla 2 ildən çoxdur ki, görüşməyib".

Vəkil həmçinin Rüfət Zahidovun atası Fərasət Zahidov və həyat yoldaşının əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Vəkillər Zahidovlar barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət qaldırıblar. Ancaq vəsatətlərin heç biri təmin olunmayıb və iş üzrə məhkəmə baxışı fevralın 26-na təyin olunub.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“BÜTÜN QOHUM-ƏQRƏBA BURDADIR”

Ağasadıq Zahidov və Fərasət Zahidov (sağda)
Ağasadıq Zahidov və Fərasət Zahidov (sağda)

Rüfət Zahidovun atası Fərasət Zahidov AzadlıqRadiosuna bildirib ki, qardaşının "Azərbaycan saatı" televiziya proqramındakı fəaliyyətinə görə bu hadisələrlə üzləşiblər: "Bu iş yalnız Qənimət Zahidə, onun apardığı verilişə - "Azərbaycan saatı"na görədi. Bütün bəlaları, əziyyətləri də biz buna görə çəkirik. Əgər belədirsə, buyurub gəlsinlər, bütün qohum-əqrəba buradadır, tutub salsınlar içəri".

Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidov da onların şərlənərək həbs olunduğunu bildirib.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Buna da bax...

Fazil Mustafa: "Azərbaycanı yalançı statistikadan çıxarmalıyıq"
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

XS
SM
MD
LG