Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:41

Cavid Hüseynov: “Allah da şahiddir ki...”


Cavid Hüseynov məhkəmədə
Cavid Hüseynov məhkəmədə

►"Axı sən bilirdin ki, Elşən Rasimi döyüb öldürməmişdən təxminən 6-7 ay əvvəl də bir adamı bıçaqlayıb, niyə imkan verdin ki, bu hadisə baş versin?

Bunun qarşısını almaq üçün bir qohumuna xəbər verə bilməzdinmi, Rasimə "onunla görüşmə" deyə bilməzdinmi?"

Bunu döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva həbsdə olan futbolçu Cavid Hüseynova məhkəmədə deyib.

“SABAH KİMİ SUSDURACAQSIZ?”

Aprelin 13-də keçirilən məhkəmə iclasında Teyfurə Əliyeva şahid qismində dindirilib. O bildirib ki, oğlunu ölümcül döyənlərdən biri olan Elşən İsmayılov özü də Rasimə məhz Cavidin məsləhətilə üzr istəmək üçün onunla görüşmək istədiyini deyib.

"Rasim Cavidlə danışanda razılaşmışdılar ki, Rasim "Facebook" səhifəsində təkzib yazsın. Rasim danışıqdan sonra yazıb da. Göstərib ki, Cavid Hüseynovun hərəkəti düzgün anlaşılmayıb. Görünür, Rasimin yazdıqları bunları qane etməyib. Bunların fikri bu olub ki, Rasim üzr istəsin, o da istəməyib, ona görə də bu cinayəti törədiblər. Bu gün Rasimi susdurdunuz, sabah kimi susduracaqsız?", - Teyfurə Əliyeva bildirib.

___________________________________________________________

Bunlara da bax:
Müsəlman ölkələri Qarabağ probleminin həllinə qoşulur
Xədicə İsmayıl: "İlham Əliyev də sifarişi verməkdə acizdir"

___________________________________________________________

Lakin Cavid Hüseynov Teyfurə Əliyevanın bu haqda dediklərinin həqiqətə uyğun olmadığını vurğulayıb. Qeyd edib ki, onun Rasim Əliyevlə telefon danışığından sonra bibisi oğlu Elşən İsmayılova yazdığı mesaj da bunu sübut edir:

"Əgər Elşəni görüşə mən göndərirdimsə, bəs o zaman niyə Rasimlə danışıqdan bir neçə saniyə sonra Elşənə yazmışdım ki, "biz Rasimlə danışdıq, razılaşdıq, məsələ həll olundu, sən qoşulma"?! Allah da şahiddir ki, Elşənlə Rasimin görüşməsindən mənim xəbərim olmayıb".

“MƏŞQDƏN ÇIXANDA GÖRDÜM BÜTÜN SAYTLAR YAZIB”

Cavid Hüseynovun vəkili Adəm Məmmədov da bildirib ki, futbolçunun bəhs etdiyi mesajlar istintaq zamanı çıxarılıb və iş materiallarında var:

"İstintaq məhz həmin mesajları nəzərə alaraq, Teyfurə Əliyevanın ifadəsinin inandırıcı olmadığı nəticəsinə gəlib. Əks halda, Cavid Hüseynova da bu cinayətin törədilməsində iştirakçılıqla bağlı ittiham verilərdi". (Ardı aşağıda)

Adəm Məmmədov: "Prosesi süni şəkildə uzadırlar"

Futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov: "Prosesi süni şəkildə uzadırlar"
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Cavid Hüseynov qeyd edib ki, Rasim Əliyevin döyülməsilə bağlı cinayəti bilib hüquq-mühafizə orqanlarına xəbər verməməyə görə ona verilən ittiham da tamamilə əsassızdır:

"Bir daha deyirəm, mənim xəbərim olmayıb o hadisədən. Mən məşqdən çıxanda gördüm ki, bütün saytlar yazıb. Yazmışdılar ki, "Cavid Hüseynovun qohumları jurnalisti döyüb". Tez yuyunub getdim xəstəxanaya. ANS, bütün saytlar bunu yazmışdısa, deməli, lazımi orqanların da xəbəri vardı. Mən xəstəxanada Rasimin yanında olanda polislər gəlib çıxdı. Belə olan halda, mən kimə xəbər verməli idim?!"

___________________________________________________________

Bunlara da bax:
Şeyxülislam süni mayalanmaya razılıq verdi
«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»

___________________________________________________________

ŞAHİDLƏR MƏCBURİ GƏTİRİLƏCƏK

O da məlum olub ki, bu iş üzrə şahid qismində tanınan dörd nəfər - Pərviz Qabilzadə, Cəmil Məmmədov, Rasim Bağırov və Ədalət Məmmədov çağırış göndərilməsinə baxmayaraq, məhkəməyə gəlmirlər. Vəkil Adəm Məmmədov adları çəkilən şahidlərin məcburi gətirilməsi barədə qərar çıxarılmasını istəyib. Məhkəmə müdafiəçinin vəsatətini təmin edib. Şahidlərin məcburi gətirilməsi üçün müvafiq orqanlara müraciət olunacaq.

Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi bugünlərdə yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə ittiham olunur.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel radio proqramında

V1 kodlu Azərbaycan rəsmisi kimdir? Azərbaycan neftinin isrlərini xarticilərə kim ötürüb?..
“Zorla pambıq əkdirməzlər”...

Rasim Əliyevin döyülməsi videosu

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 13 aprel TV proqramında

"Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"
"Xaricdə təhsil vəd edən fırıldaqçılar?"

XS
SM
MD
LG