Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:19

Soba və reaktiv mühərriki yanacaqları da bahalaşdı


Arxiv fotosu
Arxiv fotosu

Tarif Şurası noyabrın 28-də soba mazutu və reaktiv mühərrik yanacağının qiymətlərini də qaldırıb.

Bu haqda Şuranın press-relizində bildirilir.

Şura qiymətlərə yenidən baxılmasını Dövlət Neft Şirkətinin təklif etdiyini qeyd edir.

Tarif Şurası reaktiv mühərrik yanacağının qiymətini bir tona görə 550, soba mazutunun qiymətini isə təbii qazın yeni qiymətinə ekvivalent olaraq hər tona 240 manat səviyyəsində təsdiqləyib.

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

Tarif Şurasının bu qərarına kimi reaktiv mühərrik yanacağının bir tonunu 450 manat, soba mazutunun bir tonu isə 100 manat olduğu bildirilir.

Şura bu qərarını ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsini “Azərbaycan Hava Yolları” QSC-nin istifadə etməsi, ilə əsaslandırıb. Yəni, qiymətlər beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin qiymətlərinə uyğunlaşdırılır.

Nazirlər Kabineti noyabrın 18-də isti su təchizatının tariflərinin dövlət tənzimlənməsindən çıxarılması ilə bağlı qərar qəbul etmişdi.

Buna da bax: Prezident qazın qiymətindən danışdı...

Bununla əlaqədar olaraq Şura qeyd edir ki, yeni müəyyən edilmiş tariflər 2017-ci ilin yanvarın 1-dən qüvvədən düşəcək.

Bununla bağlı, Şuranın müvafiq qərarına dəyişiklik olunub.

“Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid şəkildə təsdiq edilib.

Buna da bax:​ AİB: İşıqpulu aramsız artacaq

Ekspertlər bundan sonra isti suyun qiymətində də kəskin artım gözləyirlər.

Noyabrın 28-də Tarif Şurasının qərarı ilə qazın da, elektrikin də qiyməti qaldırılıb.

XS
SM
MD
LG