Bakıda Nərimanov rayonunda 18 saylı Seçki Dairəsinin 27-ci məntəqəsində baş verənlər (MSK-nın müşahidə kamerasında)
Prezidentin köməkçisi Əli Həsənov referendumu şərh edir
'12 faiz seçicinin iştirakı mümkün deyil'
«MSK-nın saat 10-dək seçicilərin 12 faizinin səsvermədə iştirakı haqda dedikləri həqiqətəuyğun deyil. Bu, şişirdilmiş rəqəmlərdir». Seçki mütəxəssisi Bəşir Süleymanlı AzadlıqRadiosuna açıqlamasında belə deyib.
Ekspertin sözlərinə görə, MSK-nın açıqladığı ilkin rəqəmlər real iştirak faizini əks etdirmir.
«Ölkədə 5 milyondan artıq seçici var. Beş milyonun 12 faizi kiçik rəqəm deyil. Amma səhərdən şəhərdə müşahidə aparıram. Mən şəhərdəki səsvermə məntəqələri ətrafında kütləvilik görmürəm. Siyasi azadlıqların məhdudlaşdırıldığı bir vaxtda referendumla bağlı geniş təbliğat aparılmadan, az qala, gizli şəkildə keçirilən bir səsvermədə 12 faiz seçicinin iştirakı mümkün deyil», – söyləyir Bəşir Süleymanlı.
O, həmin rəqəmlərin əvvəlcədən hazırlanaraq saatbaşı açıqlandığını iddia edir.