Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən hadisələri anında burada izlə. Yeni məlumatlar bloqun yuxarısına yerləşdirilir.​
Səsvermə ilə bağlı maraqlı video, foto varsa, bizə göndər. Whatsapp nömrəmiz: (+420) 778 711 700​
Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

08:01 26.9.2016

Ümumxalq səsverməsi-referendum başladı

Bu gün, sentyabrın 26-sı səhər saat 8:00-da Azərbaycanda ümumxalq səsverməsi-referendum başlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il mayın 26-na olan məlumata görə, ölkədə 5 milyon 127 min 111 nəfər səsvermə hüququna malik şəxs var. Bu səsvermə hüququna malik vətəndaşların 48.35 faizini kişilər, 51.65 faizini qadınlar təşkil edir.

Referendum 5 min 627 seçki məntəqəsində keçirilir. Səsvermə axşam saat 19:00-da başa çatmalıdır.

MSK İnformasiya Mərkəzi saat 10:00-da, saat 12:00-da, saat 15:00-da, saat 17:00-da və saat 19:00-da ümumxalq səsverməsinin gedişi ilə bağlı informasiyalar verməlidir.

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il iyulun 18-də Konstitusiyaya dəyişikliklər nəzərdə tutan «Referendum Aktı»nı rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə göndərmişdi.

İyulun 25-də Konstitusiya Məhkəməsi akta müsbət rəy verdi.

Dövlət başçısı iyulun 26-da bu il sentyabrın 26-da ölkədə referendum keçirilməsi haqda fərman imzaladı.

Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddə üzrə 39 əlavə və dəyişikliklər irəli sürülüb.

Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

09:00 26.9.2016
Məzahir Pənahov
Məzahir Pənahov

MSK sədri sosial şəbəkə istifadəçilərinə müraciət edib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkə istifadəçilərinə müraciət edib.

APA-nın xəbərinə görə, M.Pənahov Konstitusiyada dəyişikliklər ilə bağlı referendumu açıq elan etməsi münasibətilə keçirdiyi mətbuat konfransında sosial şəbəkə istifadəçilərini fəal olmağa çağırıb.

M.Pənahov onları hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda, MSK-ya müraciət etməyə çağırıb: «Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək. Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar».

09:21 26.9.2016

G.Aslanlı: 'Seçici fəallığı yoxdur'

«Yerlədə müşahidə aparan üzvlərimiz var və onlar referendumun gedişini izləyirlər».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. O, müşahidəçilərinə istinadən seçici fəallığının aşağı olduğunu deyir:

«Masallıdan, Cəlilabaddan, Biləsuvardan, Balakəndən məlumatlar alırıq. Hələ ki, elə məntəqələr var, ora gəlib səsvermə üçün bülleten istəyən çox az adam var. Hələlik, bizə məlum olan yerlərdə səsvermə tablosu belədir».

MSK İnformasiya Mərkəzi saat 10:00-da seçici fəallığı ilə bağlı həmin saata olan ilk nəticələrini açıqlamalıdır.

09:33 26.9.2016

'Görmək olmur...'

Keçmiş məhbus, seçki eksperti Bəşir Süleymanlı referendumun gedişi ilə bağlı öz təəssüratlarını bölüşüb.

O, 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində olub.

B.Süleymanlı bildirib ki, məntəqənin quruluşu seçkinin, sanki, şəffaf keçirilməyəcəyinə hesablanıb. Onun deməsinə görə, müşahidəçilərin oturduğu yerdən baş verənləri dəqiq görmək mümkün deyil.

Davamı

XS
SM
MD
LG