Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:31

Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən hadisələri anında burada izlə. Yeni məlumatlar bloqun yuxarısına yerləşdirilir.​
Səsvermə ilə bağlı maraqlı video, foto varsa, bizə göndər. Whatsapp nömrəmiz: (+420) 778 711 700​
Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

09:50 26.9.2016
AŞPA
AŞPA

AŞPA referendumu payızda müzakirə edəcək

Avropa Şurası Parlament Assambleyası (AŞPA) missiyasının Azərbaycanda keçirilən referendumla bağlı müşahidələrinin yekununun bu qurumun payız sessiyasında müzakirə olunması planlaşdırılır.

«Report»un xəbərinə görə, bunu AŞPA müşahidə missiyasının üzvü, Monitorinq Komitəsinin həmməruzəçisi Cezar Florin Preda (Rumıniya) deyib.

AŞPA missiyasının 7 üzvü hazırda referendumun gedişini izləyir.

Bu qurumun payız sessiyası oktyabrın 10-dan 14-ə kimi Strasburqda keçiriləcək.

Avropa Şurasının Venesiya Komissiyası səsverməyə çıxarılan layihəyə mənfi rəy verib.

10:14 26.9.2016
İlham Əliyev referendumda-26 sentyabr 2016
İlham Əliyev referendumda-26 sentyabr 2016

İlham Əliyev səs verdi

Sentyabrın 26-sı Azərbaycan prezidenti və ailəsi referendumda iştirak edib.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində olublar. Prezident və ailə üzvləri həmin məntəqədə səsvermədə iştirak ediblər.

10:50 26.9.2016
Referendum. 26 sentyabr 2016
Referendum. 26 sentyabr 2016

MSK saat 10-a olan nəticəni açıqladı

Referendum ilə bağlı ölkə üzrə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər ölkə üzrə seçici fəallığı 12.9 faizə bərabərdir.

Açıqlanan rəqəmdə maraqlı mənzərə diqqəti çəkib. MSK katibliyinin açıqladığı rəqəmlərə görə, Bakının mərkəzi rayonlarında seçici fəallığı 10 faizdən aşağı olub.

Ancaq ölkənin əyalətlərində seçki fəallığının yüksək olduğu bildirilir.

11:02 26.9.2016

Maştağada məktəblilərin də referenduma qatıldığı bildirilir

«Maştağadakı 108 saylı məktəbdə yerləşən 1 saylı məntəqədə səsvermə qaydaları ciddi pozulur. Bu məntəqə 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsində yerləşir».
Bunu AzadlıqRadiosuna seçici Kamran Qasımov bildirib.

Onun deməsinə görə, seçici yaşına çatmayan 9, 10-cu sinif şagirdlərinə belə bülleten verilir: «Mənim özümə qutuya salmaq üçün bir neçə bülleten vermək istədilər. Saat 9 tamam deyildi, amma qutular ağzına kimi dolu idi. Düzdür, bütün bu nöqsanları deməyimizə baxmayaraq, nəticə hakimiyyətin istədiyi kimi alınacaq. Amma bilinsin ki, seçki pozuntuları görmüşük».

Həmin məntəqənin sədri Sevinc Rufullayeva isə deyilənləri təkzib edib: «Yox, məntəqədə deyilən seçki pozuntuları olmayıb. Amma bir cavan var idi, gəldi, «şuluq» salmaq istədi, müəllimləri təhqir etdi və getdi»,-deyə o qeyd edib.

Davamı

XS
SM
MD
LG