Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:37

Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişiklik üçün keçirilən referendumda baş verən hadisələri anında burada izlə. Yeni məlumatlar bloqun yuxarısına yerləşdirilir.​
Səsvermə ilə bağlı maraqlı video, foto varsa, bizə göndər. Whatsapp nömrəmiz: (+420) 778 711 700​
Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

21:04 26.9.2016
Əli Əhmədov
Əli Əhmədov

Əli Əhmədov: “Xalq cənab prezidentə etimad göstərdi”.

“Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi. Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov referendumun nəticələri ilə bağlı sentyabrın 26-da axşam satatlarında keçirdiyi mətbuat konfransında belə deyib.

APA-nın xəbərinə görə, Ə. Əhmədov bildirib ki, referenduma çıxarılan məsələlər prezidentin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

“Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendumu təkcə Azərbaycan xalqı dəstəkləməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bu günkü referendum demokratik sahədə atılan uğurlu addımdır”, Ə.Əhmədov bildirib.

Ə. Əhmədov qeyd edib ki, “exit poll”arın nəticəsinə əsasən də, əhalinin böyük əksəriyyəti referendumda irəli sürülən təkliflərə müsbət rəy verib.

YAP sədrinin müavini referendum sonrası addımlar haqqında da danışıb.

“Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək. İslahatların iqtisadiyyatın bütün sahələrini əhatə etməsi nəzərdə tutulur. İslahatlar sosial sahələri də geniş əhatə edəcək. Bu islahatlar imkan verəcək ki, biz Azərbaycan vətəndaşları üçün qarşımıza qoyduğumuz bütün sosial proqramları həyata keçirə bilək”.

21:15 26.9.2016
Səsvermədə yaylıq əməliyyatı
Səsvermədə yaylıq əməliyyatı

Səsvermədə yenilik: 'Yaylıq əməliyyatı…'

12 saylı Qaradağ-Binəqədi Yasamal Seçki Dairəsinin 27 saylı məntəqəsində baş verənlər. Ətraflı burada

21:18 26.9.2016
Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev

'Gözləyirik ki, referendum 100 faiz yüksək nəticəylə baş tutub...'

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Şəmsəddin Hacıyevin AzadlıqRadiosuna müsahibəsi

22:27 26.9.2016

İlham Əliyevə qarşı "Xalq Kral İstəmir" aksiyası

Davamı

XS
SM
MD
LG