Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:32

Ruhani qəzəblənir: ‘İnternetin sürətini mən artırmışam!..’


Prezident Həsən Ruhani
Prezident Həsən Ruhani

İran prezidenti Həsən Ruhani ölkə ədliyyəsinin telekommunikasiyalar nazirinə qarşı istintaq açmasını pisləyib.

Prokurorluq naziri Instagramı bloklamaqdan və başqa sosial media platformalara məhdudiyyətlər qoymaqdan imtina etməkdə ittiham edir.

Məhəmməd Cavad Azəri Cəhromi prokurorluğa ötən həftə çağırılıb, amma mötədil prezident kimi tanınan Ruhani yanvarın 27-də keçirilən hökumət müşavirəsində ədliyyəni kəskin tənqid edib.

O deyib ki, internetə nəzarətsizlik yanlış olsa da, sosial medianın “bağlanması” da düzgün hərəkət deyil.

Prezident deyib ki, ölkədə internetin sürəti onun göstərişi ilə artırılıb: “Əgər kimisə məhkəmə etmək istəyirsinizsə məni edin”.

“İnternet insanlar üçün oksigendir”

Ruhani daha sonra vurğulayıb:

"İndiki zəmanədə internet adamlar üçün oksigen kimi bir şeydir. Bunu məhdudlaşdırmaq düzgün olmazdı. Onda adamlar bütün işlərini evdən necə görsünlər və ya pandemiya dövründə uşaqlarını onlayn necə oxutsdunlar?”

Cəhromi hazırda zaminə buraxılıb. Onun barəsində təhqiqatın aparılması iyun ayında keçiriləcək prezident seçkisindən əvvəl mötədillərlə sərt xətt-hərəkət tərəfdarları arasında siyasi çarpışmanın əlaməti kimi qitymətləndirilir.

İran parlamentindəki mühafizəkarlar, ölkə ədliyyəsi və başqa qüdrətli qüvvələr sosial mesajlaşma xidmətlərini Qərbin İranın dini hakimiyyətinə qarşı “yumşaq müharibəsi” adlandırırlar.

Onlar habelə iddia edirlər ki, bu xidmətlər ölkədə əxlaqsızlığın yayılmasına rəvac verir.

İranda YouTube, Facebook, Twitter və Teleram da daxil bir çox internet saytları və sosial media platformaları bloklanıb, amma iranlılar VPN sistemlərindən istifadə ilə bu qadağanlardan yan keçə bilirlər.

XS
SM
MD
LG