Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:49

Rusiyada etnik azlıqların yaşadığı regionlarda ‘tabutpulu’ ödənişləri kəskin artıb


Buryatiyada səfərbərin dəfni
Buryatiyada səfərbərin dəfni

Rusiyanın bir neçə regionunda rusiyalıların bank hesablarında pul vəsaitlərinin anormal artımı qeydə alınıb.

Məsələn bundan əvvəlki beş il ərzində əmanətlərdəki orta artım 6-9 faiz olubsa, 2023-cü ildə Altayda artım 18,95, Buryatiyada 33,26, Tuvada isə rekord 57.57 faiz səviyyəsində qeydə alınıb.

Finlandiya Mərkəzi Bankı yanında təşəkkül tapan bazarlarda iqtisadiyyatların öyrənilməsi institutu – BOFIT-in analitik hesabatı müəllifinin fikrincə vətəndaşların bank hesablarında belə sıçrayışlı artım Ukrayna müharibəsində döyüşən müqaviləli hərbçilərə və səfərbərlərə ödənişlərlə izah oluna bilər.

Araşdırma göstərib ki, Rusiyada “tabutpulu” (müharibədə həlak olan və ya yaralanan səfərbərlərin ailələrinə və yaxınlarına ödənilən təzminat-red) kimi tanınan vəsaitlərin də ödənişləri artıb.

Etnik azlıqlar nəzərə alınmasa da...

Təhqiqatçı Laura Solankanın sözlərinə görə maksimal artım qeydə alınan hesabların regionlar üzrə müqayisəsi göstərib ki, əhalinin yaşayış səviyyəsi müharibəyə daha çox səfərbər kişilər göndərmiş regionlarda yüksəlib.

Meduza saytı diqqəti belə bir məqama çəkir ki, bank hesablarındakı vəsaitlərin kəskin artımı nə inflyasiya artımı, nə də bu regionlardakı bank sisteminin xüsusiyyətləri ilə bağlıdır.

Bu da qeyd olunur ki, türkdilli və monqol əsilli yerli əhalinin kompakt yaşadıqları Altay, Buryatiya və Tuva Rusiya Federasiyasının ən yoxsul subyektləri hesab olunur. Amma Ukrayna müharibəsində həlak olanların ən böyük qismi də bu bölgələrin payına düşür.

Bu regionlarda, bəzi hesablamalara görə 45 min nəfər həlak olub. Amma burası da var ki, araşdırmada həlak olanların arasında milli və etnik azlıqların payı göstərilmir.

İtkilər arasında slavyanların faizi Rusiya əhalisində rusların payına uyğundur.

Rusiya Ukrayna müharibəsində iştirak üçün səfərbərləri də əsasən qeyri-rus əhalinin yaşadığı Mərkəzi Asiya respublikalarından toplamağa çalışır.

XS
SM
MD
LG