Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:42

Serbiya da üçüncü dozanı təsdiqləyir


Serbiyada bir restoranda vaksin vurduranlar pulsuz yemək də verilir, arxiv fotosu
Serbiyada bir restoranda vaksin vurduranlar pulsuz yemək də verilir, arxiv fotosu

Sidneyin yerləşdiyi Nyu Saus Uels ştatında 478 yoluxma aşkarlanıb ki, bu da pandemiya başlanandan ən yüksək gündəlik artımdır

Rusiyada koronavirusa yoluxmalar artıq dördüncü gündür 800-ü keçir. Avqustun 15-də 816 yoluxma aşkarlanıb.

İndiyədək ölkədə 6.6 milyondan çox yoluxma təsdiqlənib, 170 min 499 ölüm qeydə alınıb. Amma müstəqil ekspertlər real rəqəmlərin daha yüksək olduğunu düşünürlər.

Rusiyada Sputnik V daxil olmaqla dörd vaksinin təsdiqlənməsinə baxmayaraq vaksinasiya ləng gedir.

Serbiya

Bu arada Serbiya immun sistemi zəif olanlar, tibb işçiləri, peyvənd olunma müddətindən altı aydan çox keçənlərə üçüncü dozanın vurulmasını təsdiqləyib.

Hazırda bu Balkan ölkəsində günə ortalama 900-dən çox yoluxma aşkarlanır. 7 milyona yaxın əhalinin 50 faizindən çoxuna peyvənd vurulub.

Əmək naziri Dariya Kisiç Tepavseviç avqustun 17-dən üçüncü dozaların vurulmasına başlanacağını deyib.

Serbiyada hazırda Pfizer/BioNtech, AstraZeneca/Oxford, Çinin Sinopharm, Rusiyanın Sputnik V vaksinləri vurulur.

ABŞ hələ qərar verməyib

ABŞ-ın Milli Səhiyyə İnstitutunun direktoru avqustun 15-də bildirib ki, bir neçə həftəyə amerikalılara bu payız gücləndirici dozaların vurulmasıyla bağlı qərar veriləcək.

Frensiz Kollinzin sözlərinə görə, federal səhiyyə rəsmiləri hazırda “demək olar hər gün” ölkədəki rəqəmləri nəzərdən keçirirlər, amma hələ qərar verilməyib. Çünki vaksin olunanların delta ştammı da daxil olmaqla COVID-19-dan güclü şəkildə qorunduğu görünür.

Amma rəsmi onu da etiraf edib ki, ikidozalı Pfizer və Moderna, eləcə də birdozalı Johnson & Johnson vaksinlərinin effektinin “aylar keçdikcə” zəifləyəcəyi sarıdan narahatlıq var.

Avstraliya

Hazırda Avstraliya delta ştammının səbəb olduğu yoluxmaları önləməyə çalışır. Avqustun 16-da ölkənin ən böyük şəhəri olan Sidneydə son 24 saat ərzində 7 nəfərin koronavirusdan vəfat etdiyi açıqlanıb.

Ölənlərdən ikisinə ikidozalı vaksinin birinci dozası vurulmuşdu. Qalanları peyvənd olunmayıbmış.

Sidneyin yerləşdiyi Nyu Saus Uels ştatında 478 yoluxma aşkarlanıb ki, bu da pandemiya başlanandan ən yüksək gündəlik artımdır.

Avstraliyada da vaksinasiya ləng gedir. Yaşı 16 və yuxarı olanların cəmi 26 faizi avqustun 14-dək tam peyvəndlənib.

Bəzi Avropa ölkələrində vaksinasiyanın getməsinə baxmayaraq yoluxmalarda artım yaşanır.

XS
SM
MD
LG