Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:03

Rusiyanın 300 milyardı Ukraynanın bərpasına gedəcəkmi


Xarkov vilayətində dağıdılmış bina
Xarkov vilayətində dağıdılmış bina

Avropa Şurasının prezidenti üzv ölkələri Rusiya mərkəzi bankının müsadirə olunmuş 300 milyard dollarlıq aktivini Ukraynanın bərpasına xərcləmək üzrə danışıqları irəli aparmağa çağırıb. Bu haqda “Financial Times” qəzeti yazır.

Şarl Mişel deyib ki, Rusiya mərkəzi bankının dondurulmuş aktivlərindən gəlir götürülməsi və bu vəsaitin daha sonra bərpaya xərclənməsi ideyasının müzakirə olunmasını istəyir.

Hüquqi prinsiplər

“Bu, ədalət, yaxud etimad məsələsi deyil. Bunu hüquqi prinsiplər çərçivəsində etmək lazımdır – bu çox aydındır”, – Mişel qəzetə müsahibəsində söyləyib.

O, Avropa İttifaqı (Aİ) liderlərinin müzakirələrə “müəyyən təkan” verəcəyini gözlədiyini vurğulayıb.

Moskva ötən il Ukraynaya qarşı hücuma başlayanda Aİ və müttəfiqləri Rusiya mərkəzi bankının xaricdəki hesablarında yüzmilyardlarla dollarlıq vəsaiti dondurublar. Moskva təxminən 300 milyard dollarlıq vəsaitinin dondurulduğunu açıqlayıb.

Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel daxil olmaqla bir sıra rəsmiləri dondurulmuş aktivləri Ukraynanın müharibə nəticəsində dağıldımış infrastrukturunun bərpasına xərclənməsi ideyasını ortaya atıblar.

Azı 350 milyard dollarlıq bərpa

Ötən ilin sentyabrında Ukrayna, Brüssel və Dünya Bankı Ukraynanın yenidənqurulması və bərpasının 350 milyard dollara başa gələcəyini açıqlayıblar. Sonradan bu xərcin daha da artdığı güman edilir. Çünki Rusiya mülki infrastruktura, elektrik stansiyalarına, yaşayış binalarına raket və dron zərbələri endirib.

Avropa Komissiyası ötən il təklif edib ki, Rusiya dövlətinin dondurulmuş aktivləri bir fonda yığılsın, onlar gəlir götürmək məqsədilə aktiv idarə olunsun və əldə edilən vəsait Ukraynanın bərpasına yönəldilsin.

Bu plana görə, baza aktivləri həmişəlik dondurulmur, sülh sazişi imzalanacağı halda Rusiyaya qaytarılır.

XS
SM
MD
LG