Kiyev atəşə tutulub, ölən və dağıntılar var
Avropa Birliyi ilə Böyük Britaniya bu arada Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul ediblər.
BMT: Müharibə uzanarsa...
Rusiyanın Ukraynanı səbəbsiz işğalı uzadılmış münaqişəyə çevrilərsə, bu Şərqi Avropa ölkəsinin 44 milyonluq əhalisinin 30 faizi yoxsullu həddinə düşə, daha 62 faizi isə bir il ərzində yoxsullaşma riski ilə üzləşə bilər. Bu xəbərdarlıqla BMT-nin İnkişaf Proqramı (UNDP) martın 16-da çıxış edib. Ətraflı
Lavrov: Ümid var
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov martın 15-də deyib ki, Moskva Ukraynadan NATO planlarından əl çəkməyi, neytral status qəbul etməyi, demilitarizasiyanı tələb edəcək: "Danışıqlardakı təmsilçilərimizin dediklərinə əsaslanıram. Onlar deyirlər ki, danışıqlar aydın səbəblərdən asan getmir. Amma buna baxmayaraq, kompromis əldə etməyə ümid var". Ətraflı
Ukraynada gedən müharibə Azərbaycanın enerji bazarına necə təsir edir?
Azərbaycan Ukraynada enerjidaşıyıcılar ilə bağlı iki istiqamətdə fəaliyyət göstərib: Ukraynaya neft ixrac edib və "SOCAR Energy" şirkəti vasitəsilə, əsasən, yanacaqdoldurma məntəqələrinin işini təşkil edib.