Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:12
Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü
Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü

Atəşkəs olmadı. Müharibənin 15-ci günü...

Rusiyanın Ukraynaya hücumunun 14-cü günü haqda burada oxu

Abramoviç, Deripaska sanksiya siyahısında

Böyük Britaniya bir neçə rusiyalı milyarderi sanksiya siyahısına salıb. Premyer Liqada oynayan "Çelsi" futbol klubunun sahibi, milyarder Roman Abramoviç, sənayeçi Oleq Deripaska da siyahıdadır. Bu şəxslərin Britaniyadakı aktivləri dondurulur, onlara səyahət qadağası qoyulur. Ətraflı

Görüş bitdi: Atəşkəs razılaşması əldə olunmadı

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdə atəşkəslə bağlı razılaşma əldə olunmadığını deyir. ​Ətraflı

Çin Ukrayna ilə bağlı Rusiya deyəni deyir...

"ABŞ-ın Ukraynadakı biolaboratoriyaları son vaxtlar gerçəkdən böyük diqqət çəkir", – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Liszyan martın 8-də deyib. Bu konspirologiyanı Rusiya mediası, onlayn hesabları mütəmadi ortaya atır. Qərbin bəzi rəsmilərinin fikrincə, Kreml işğalını həm də Ukraynanın bioloji və nüvə silahları üzərində işləməsi ilə əsaslandırmağa çalışır. Ətraflı

Ukraynada öldürülən dinc sakinlərin sayı 516 nəfərdir

Donetsk vilayətində böyük şəhər olan Mariupol bir həftədən çoxdur mühasirədədir, şəhərdə işıq, istilik, yemək yoxdur. Martın 9-da şəhər xəstəxanasına güclü aviazərbə endirilib, xəstəxananın doğum şöbəsinə ziyan dəyib. 17 yaralının olduğu bildirilir. Ətraflı

Davamı

XS
SM
MD
LG