Müharibə Ukraynada 10 milyon insanı evindən didərgin salıb
Ukraynada müharibə başlayandan bəri on milyon insan evini tərk edib,
Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarı martın 20-də bildirib ki, on milyon insan – əhalinin təxminən dörddə biri – Rusiyanın əsassız müharibəsi səbəbindən indi Ukraynadakı evlərini tərk edib. Bu, evlərini tərk etməyə məcbur olan mülki vətəndaşların çəkdiyi əzabdır”, - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi tvitter hesabında yazıb.
“Ukraynadakı müharibə o qədər dağıdıcıdır ki, 10 milyon insan ya ölkə daxilində didərgin düşüb, ya da xaricə qaçqın düşüb”, o əlavə edib. Ətraflı
İşğala etiraz edən dinc əhaliyə qarşı zorakılıq
Berdyanskda Rusiyanın işğalına qarşı çıxan yerli mülki əhalini əraziyə nazərət edən Rusiya qüvvələri döyür və həbs edirlər. Bu barədə "Qromadske" saytı xəbər verir.
"Z"-lə səhnəyə çıxan rusiyalı idmançıya qadağa
Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançı İvan Kulyakın bir il yarışlardan kənarlaşdırlmasını tələb edir.
Beləki Dohada keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimində iştirak edən rusiyalı idmançın sinəsində Rusiyanın Ukraynaya hərbi təcavüzünün simvoluna çevrilən "Z" hərfi olub.
Həftə ərzində 39 mindən çox mülki şəxs öz nəqliyyat vasitələri ilə Mariupolu tərk edə bilib
Həftə ərzində 39 mindən çox mülki çəxs öz nəqliyyat vasitəsi ilə Mariupolu tərk edə bilib. Bu barədə şəhərin hakimiyyət nümayəndələrinə istinadla Ukraynanın "Qromadski" saytı məlumat yayıb. Məlumatda o da vurğulanır ki, bu müddət ərzindi faktiki bölgədə atəşkəs olmayıb.