Avropa rəsmiləri Mariupolda faciəvi vəziyyət yarandığını deyirlər
Ukraynanın Müdafiə Nazirliyi deyir ki, Rusiya yeni hücuma hazırlaşır. Nazirlik Rusiya ordusunun Mariupolda soyqırımı törətdiyini deyir.
Rusiya neftinə embarqo məsələsində fikir ayrılığı var
Avropa İttifaqının liderləri martın 21-də keçirdikləri müşavirədə Rusiya neftinə embarqo qoyulması məsələsində ortaq məxrəcə gələ bilməyiblər.
Almaniya və İtaliya Rusiya neftindən son dərəcə asılı olduqlarını bildiriblər.
İttifaq istehlak etdiyi neftin 40 faizini hələ də Rusiyadan alır. Ətraflı
Mariupolda ağır döyüşlər gedir
Müharibəyə qədər 400 min əhalisi olan Mariupolda son iki həftədə su, ərzaq, yanacaq olmadığı bildirilir. Ətraflı
Qaçqınlara yardım üçün Nobel medalını satır
Moskvada çıxan "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını hərraca çıxarır. O, Rusiyanın səbəbsiz müharibəsinə görə ölkəsindən qaçmalı olan ukraynalı qaçqınlara kömək üçün pul yığacaq. Ətraflı