Keçid linkləri

2024, 30 İyun, bazar, Bakı vaxtı 11:31

Mark Rutte NATO-nun yeni baş katibi olacaq


Mark Rutte
Mark Rutte

NATO-ya daxil 32 ölkənin hamısı Niderlandın baş naziri Mark Ruttenin alyansın yeni baş katibliyi vəzifəsinə namizədliyini dəstəkləyiblər.

Politico yazır ki, Rutte bu vəzifədə norveçli Yens Stoltenberqin yerini tutacaq.

Rəsmi təyinatın alyansın iyul ayında Vaşinqtonda keçiriləcək sammitində elan ediləcəyi gözlənilir.

Bu da bildirilir ki, Ruttenin səlahiyyət müddəti beş il olacaq.

Ruttenin Macarıstan və Slovakiya ilə sövdələşməsi

Ruttenin namizədliyini son vaxtlaradək yalnız Slovakiya və Macarıstan dəstəkləməmişdilər. Onlar da razılıqlarını iyunun 18-də elan ediblər.

Macarıstanın baş naziri Viktor Orban bir neçə ay ərzində Ruttenin namizədliyi ilə razılaşmırdı. Lakin Niderlandın baş naziri Orbana vəd edib ki, Budapeşt alyansın Ukraynaya dəstəyində iştirak etməyə bilər.

Orbanın özü hazırkı baş katiblə belə bir razılaşmanın olduğunu təsdiq edib və bildirib ki, Ruttenin Stoltenberqin siyasətini davam etdirəcəyinə inanır.

Slovakiya isə Ruttenin namizədliyini bu şərtlə dəstəkləyib ki, NATO ölkə öz hərbi qüdrətini artıranadək Slovakiyanın hava məkanını müdafiə edəcək.

Yeni baş katibin əsas vəzifəsi

Ruttedən başqa NATO baş katibliyinə Rumıniya prezidenti Klaus Yohannisin də namizədliyi vardı. Lakin o, iyunun 20-də namizədliyini geri götürdüyünü bildirib.

NATO-nun yeni başçısı vəzifəsinin icrasına oktyabrın 2-dən başlamalıdır.

Onun əsas vəzifəsi alyans üzvü olan ölkələrin hamısının hərbi xərcləri ÜDM-in 2 faziinə çatdırması olacaq.

Politico bunu da qeyd edir ki, Niderlandın özü bu hədəfə yalnız bu il nail olub, halbuki bu barədə vəd hələ 10 il əvvəl verilmişdi.

NATO-nun təxminlərinə görə tələb olunan hərbi xərclərin həcminə görə 32 üzv ölkədən yalnız 23-ü bu normanı yerinə yetirə bilib.

XS
SM
MD
LG