Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:54

İran səhiyyə nazirinin müavini koronavirusa yoluxub


Iraj Harirchi
Iraj Harirchi

İran səhiyyə nazirinin müavini və bir islahatyönlü millət vəkili koronavirusa yoluxduqlarını deyiblər.

İranda hazırda bu virusun geniş yayılması nəticəsində böhran dərinləşməkdədir.

Səhiyyə nazirinin müavini Iraj Harirchi və parlamentin üzvü Mahmud Sadeghi fevralın 25-də bildiriblər ki, COVID-19 virusuna yoluxublar.

İranda indiyədək bu virusdan 16 nəfər ölüb.

Harirchi vətəndaşları sakitləşdirmək məqsədilə son günlər koronavirus və onunla mübarizə ilə bağlı bəyanatlar verirdi.

Jurnalistlər onun Tehranda keçirilən mətbuat konfransında artıq öskürdüyünü deyirdilər.

Nazir müavini bu virusa yoluxduğu barədə məlumatı özünün çəkdiyi video ilə yayıb:

"Ötən gecə qızdırmam var idi və ilkin analiz xəstəliyə yoluxduğumu göstərdi. Mən özümü hazırda ətrafdan tam təcrid etmişəm. Bir neçə dəqiqə əvvəl mənə diaqnozumun düzgün olduğunu təsdiq etdilər və mən müalicəyə başlayıram”.

Parlamentdə Tehranı təmsil edən Sadeghi Twitter-də yazıb ki, “mənim korona analizim pozitiv göstərdi...bu dünyada yaşamaqda davam edəcəyimə çox da ümidim yoxdur”.

Mahmoud Sadeghi
Mahmoud Sadeghi

O eyni zamanda İran hakimiyyətini ölkənin bütün siyasi məhbuslarını azad etməyə çağırıb ki, onlar öz ailələrinin yanında olub yoluxmadan qoruna bilsinlər.

Bundan əvvəl hökuməti böhranı ciddi qəbul etməməkdə günahlandıran millət vəkili iqtidarı “ictimaiyyətin etibarını qazanmaq üçün həqiqəti deməyə” çağırıb.

Son məlumata görə İranda indiyədək koronavirusa 95 nəfər yoluxub və onlardan 16-sı vəfat edib.

İranda koronavirusdan ölənlrin sayı 16 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Bir çox iranlılar xəstəliyin əsl miqyasının onlardan gizlədildiyinə inanırlar.

Fevralın 25-də ABŞ dövlət katibi Mike Pompeo da bəyan edib ki, Birləşmiş Ştatlar İran rejiminin epidemiyanın miqyasını gizlədə biləcəyindən narahatdır.

Bundan əvvəl real vəziyyətin gizlədildiyi barədə iddiaları təkzib edən Harirchi videoda bildirir ki, “qarşıdan gələn bir neçə həftədə virus üzərində qələbə çalınacağına” inanır.

Bu həftə İranda koronavirusa yoluxanların sayının kəskin artması ölkədə pandemiiya təhlükəsi yaradıb.

XS
SM
MD
LG