Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:57

8 nəfəri öldürənə 10 ömürlük həbs cəzası


Sayfulla Saipov
Sayfulla Saipov

2017-ci ildə Hellouin (Halloween) bayramında Menhettendə velosiped yolunda səkkiz nəfəri yük maşını ilə öldürən və buna görə peşman olmayan islam ekstremistinə 10 ömürlük həbs cəzası və 260 il həbs cəzası verildi.

"AP" hökmün Sayfulla Saipovun İslam Dövləti qruplaşması adından gerçəkləşdirdiyi bu terror hücumunun ağırlığını göstərmək üçün hazırlandığını yazır.

ABŞ-ın Dairə Hakimi Vernon S. Broderik (Vernon S. Broderick) sözügedən hücumu indiyə qədər gördüyü ən pis hadisələrdən biri kimi qiymətləndirib.

Müttəhimin çıxışı

Hakim Broderik Saipovun peşman olmadığını əsas gətirib.

Müttəhim çıxışında deyib ki, altı ay davam edən məhkəmə prosesi boyunca məhkəmə zalındakı qurbanların və ailə üzvlərinin göz yaşları bircə dəsmala sığardı. Saipovun sözlərinə görə, bütün dünyada haqsız yerə öldürülmüş islam ardıcıllarının göz yaşları və qanı isə məhkəmə zalını doldurardı.

Tərcüməçi vasitəsilə etdiyi rabitəsiz çıxışında Saipov, bir saatın çoxunu dinlərin yaranması və insan təkamülündə şeytanın rolundan danışıb. O, sözünü bitirdikdən sonra qurbanlardan birinin qohumu ayağa qalxaraq "Burada yeganə şeytani əməl sənin hərəkətindir!" – deyib.

35-yaşlı Özbəkistan vətəndaşı Saipovun Kolorado ştatının Florens şəhərində ciddi rejimli həbsxanada cəza çəkəcəyi gözlənilir.

“Mən heç vaxt sizin kimi yeriyə bilməyəcəm”

Məhkəmə prosesində, terrorda həyatını itirən qurbanların yaxınları göz yaşları içində öz ağrılarından danışırdılar. Vanesa Erlij Vittenberq (Vanesa Erlij Wittenberg) mərhum qardaşını "möhtəşəm bir insan" kimi xarakterizə edərək deyib: "Sənin etdiklərini yalnız bir canavar edə bilər. Siz ailəniz, xüsusən də uşaqlarınız üçün bir utancsınız.”

Hücum zamanı ayaqlarını itirən Marion Van Rit (Marion Van Reeth,) əlil arabasında Saipovun qarşısında oturaraq ona “Mən heç vaxt sizin kimi yeriyə bilməyəcəm” deyib.

Yeganə övladını itirən Monika Missio (Monica Missio) Saipovun onun həyatını tamamilə məhv etdiyini dilə gətirərək deyib: "O, hər gün oyanır, oğlum isə oyanmır".

Hökmdən sonra Baş prokuror Merrik B.Qarland (Merrick B. Garland ) açıqlamasında bildirib ki, Ədliyyə Departamenti “Amerika xalqını terror təhdidlərinə qarşı qətiyyətlə müdafiə edəcək və terror aktlarının səbəbkarlarının ədalət qarşısında cavab verməsi üçün yorulmadan çalışacaq”.

Hadisə necə baş verib

Terror hadisəsi zamanı Argentinadan 5 turist, iki amerikalı və bir belçikalı qadın həlak olub, 18 nəfər isə ağır yaralanıb.

Saipov yük maşınından ərəbcə “Allah böyükdür” qışqıraraq, peyntbol və qranul silahlarından istifadə edib, sonra bir polis zabiti tərəfindən vurulub və dərhal nəzarətə götürülüb.

İclasda ailəsi onun nə vaxtsa etdiyini anlayacağına və peşman olacağına ümidlərini bildirərək ömürlük həbs cəzası istəyib. Ailəsi bildirib ki, Saipov internetdə terror təbliğatına qoşulmamışdan əvvəl normal insan idi.

Uzaq məsafələrə yük maşını sürən Saipov qanuni olaraq 2010-cu ildə Özbəkistandan ABŞ-a köçüb. O, Nyu Cersi ştatının Paterson şəhərində ailəsi ilə yaşayırdı. Ailəsinə qovuşmazdan pncə isə Ohayo və Floridada yaşayıb.

XS
SM
MD
LG