Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:54

Deputat: 'Gözləyirik ki, referendum 100 faiz yüksək nəticəylə baş tutub...'


Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Şəmsəddin Hacıyevin AzadlıqRadiosuna müsahibəsi

“Paytaxt Bakının Səbail rayonu 29 saylı seçki dairəsində referendum çox gözəl keçirilib. Qanun pozuntusuna yol vermədən, şəffaf, obyektiv şəkildə”. Yeni Azərbaycan Partiyasının üzvü, deputat Şəmsəddin Hacıyev AzadlıqRadiosuna belə deyir və sözünə davam edir:

Şəmsəddin Hacıyev: 'Seçkilər son dərəcə şəffaf keçirilib. Tam obyektiv şərait yaradılmışdı'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

“Mən bu gün bütün məntəqələrdə olmuşam. Təkrarən də olmuşam, müşahidə etmişəm. Bütün müşahidəçilər yerində olub. Bəzi məntəqələrdə vebkameralar işləyirdi. Beynəlxalq təşkilatlardan da nümayəndələr vardı.

Buna da bax:​ '29 sualı 46 saniyəyə necə cavablamaq olar?'

- Amma bəzi məntəqələrdə jurnalist və müşahidəçilər karusel əməliyyatlarına, bülletenlərin dəstə-dəstə seçki qutularına atılmasına şahid olduqlarını deyirlər...

- Bizim ərazidə belə şey olmayıb. Bu, mümkün deyil. Seçkilər son dərəcə şəffaf keçirilib. Tam obyektiv şərait yaradılmışdı. Hər məntəqədə 10-15 nəfər müxtəlif təşkilatların nümayəndələri oturmuşdu. Bəzi müxalifət partiyalarından, ictimai təşkilatlardan da nümayəndələr vardı. Orda kim belə şeylərlə məşğul ola bilərdi? Mümkün olan iş deyil. Səbail rayonunda 29 saylı seçki dairəsində belə şey olmayıb, ola da bilməz!

- Bəs başqa seçki dairələrində?

- Bu haqda məlumatsızam.

- Seçici fəallığından nə deyə bilərsiniz? Əksər müşahidəçilər seçici fəallığının rəsmi rəqəmlərdən fərqli olduğunu bildirir. Hətta ekspertlər deyirlər ki, rəsmi rəqəmlərə inansaq, hər 46 saniyədə bir seçici səs verməli idi ki, bu da mümkün deyil...

- Mən məntəqələri yoldaşlarla gəzirdim. Təxminən 7-8 məntəqədə növbə vardı. Özü də necə növbə? Bizimlə gedənlər də təəccüb qalmışdılar.

Buna da bax:​ Dolu seçki qutusunu məntəqəyə gətirdilər

- Nəyə təəccüblənirdiniz?

- Növbə vardı da əməlli-başlı. İdarəçilik Akademiyasında təxminən 50-60 nəfərin növbədə dayandığını gördük. Bu, böyük rəqəmdir də, təəccüb doğurur da. Və yaxud 132, 134 nömrəli məktəblərdə, ən azı, 20-30 nəfərin növbədə dayandığını gördük. Seçici aktivliyi vardı. Bu da aparılan təbliğat-təşviqat işləri ilə bağlı idi. Bu müddətdə elə məhəllə olmadı ki, biz orda təbliğat aparmayaq. Həm də insanlarımız siyasi cəhətdən savadlıdırlar, məsuliyyətlidirlər, seçmək hüququndan istifadə edirlər. Bundan yaxşı nə var?

- Deməli, fikrinizcə, referendum baş tutmuş sayılır?

- Təbi ki. Nəticələr elan olunsun... Biz gözləyirik ki, referendum 100 faiz baş tutub, özü də yüksək nəticəylə.

Buna da bax:​ Deputat: 'MSK-nın kamerasına düşübsə, onu kim görüb ki?'

-Xalq sizcə dəyişikliklərə hansı cavabı verib? Hə, ya yox?

- Əlbəttə, əksəriyyət dəyişikliklərə “hə” deyib.

- Amma səslər sayılmadan bunu necə əminliklə deyə bilirsiniz?

- Mən proqnozumu deyirəm. Bizim gözləntimiz budur. Gözləyirik ki,

XS
SM
MD
LG