Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:34
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

09:59 11.4.2018
İ.Əliyev səs verir - 11 aprel 2018
İ.Əliyev səs verir - 11 aprel 2018

Dövlət başçısı və baş nazir səs verib

Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyev səs verib. O, 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsverməyə qatılıb.

Onla birgə xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

Baş nazir Artur Rəsizadə də artıq səsvermədə iştirak edib. O isə 16 saylı II Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səs verib

08:58 11.4.2018

Seçkidə 'exit-poll'un da keçiriləcəyi açıqlanıb

Növbədənkənar prezident seçkilərində «exit-poll»un keçirilməsindən ötrü 4 qurum qeydiyyatdan keçib.

Bunlar «Els» Müstəqil Araşdırmalar Mərkəzi, «RƏY» Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın «Artur Finkelşteyn və Assosiasiya» şirkəti ilə , Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi isə Fransanın «Opinion Way» təşkilatı ilə birlikdə «exit-poll» keçirəcəyini açıqlamışdı.

08:48 11.4.2018

M.Pənahov: «Səsvermədə hər kəsin hüquqları gözlənilməlidir»

«Hər kəs istənilən məsələ barədə Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlaya bilər».

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir:

«Axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır. Seçki məntəqələri saat 7-də (19:00-da) bağlanacaq. Məntəqədə olan müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz».

MSK sədri deyib ki, səsvermə başa çatdıqdan sonra hansı KİV təmsilçisi səslərin sayılması prosesində qalıb iştirak etmək istəsə, onlara şərait yaradılmalıdır.

M.Pənahov vurğulayıb ki, məntəqələrdən nəticələr gəldikcə Seçkilər İnformasiya Mərkəzinin monitorlarında həmin məlumatlar əks olunacaq. Onun deməsinə görə, saat 21 radələrində protokollara əsasən məlumatlar əldə ediləcək.

08:10 11.4.2018
M.Pənahov
M.Pənahov

Səsvermə başlayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib. O, hazırlığın yüksək səviyyədə olduğunu bildirib.

M.Pənahov seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsindən ötrü MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

Dəqiqləşdirilmiş son vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, ümumilikdə 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50.78 faizi qadın, 49.22 faizi kişidir. Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki keçirilməlidir.

Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.

Səsvermə saat 19.00-da başa çatacaq.

Davamı

XS
SM
MD
LG