Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:05
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

16:39 12.4.2018
Müşahidə missiyasının mətbuat konfransı
Müşahidə missiyasının mətbuat konfransı

АТƏТ sеçkiləri qiуmətləndirir. Тədbirdə аrа qаrışır

«Azərbaycanda prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə keçirilib. Plüralizm olmadığı şəraitdə həqiqi rəqabət də olmayıb. Digər namizədlər prezidentləri tənqid etməkdən çəkiniblər».

Bunu ATƏT-in seçkini müşahidə missiyası aprelin 12-də keçirdiyi mətbuat konfransında bildirib.

«Seçki administrasiyası hazırlıqlı idi. Seçki günü müşahidəçilərimiz şəffaflığın olmamasını, pozuntuların olmasını xəbər verib. Müşahidəçilərimiz topa bülleten atılmasının şahidi olub», – bu bəyanatdan sonra mətbuat konfransına gəlmiş bir neçə şəxs missiyaya hücum edib, qalmaqal yaranıb. Missiya zalı tərk etməli olub... Davamı

13:08 12.4.2018

Müsavat Partiyası seçkinin nəticələrini tanımır

Müsavat Partiyası dünən, aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı rəyini açıqlayıb.

Rəydə bildirilir ki, seçicilərin sayı ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəqəmlə reallıq arasında ciddi fərq var.

Müsavat Partiyası hesab edir ki, yalnız bir namizədin gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçki elan olunması demokratik seçkiqabağı siyasi mühitin yaranmasının qarşısını alıb. Onların fikrincə, seçki faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olmasından ötrü rəqabətsiz şərait yaratmağa xidmət edib... Davamı

12:40 12.4.2018

Hüquq müdafiəçisindən çağırış

«Nəzərə almalıyıq ki, demokratik prinsiplərin təhlükədə olduğu, hüququn aliliyinə əməl olunmadığı repressiv siyasi mühitdə azad və ədalətli seçkilər mümkün deyil. Seçki günü bir neçə qanun pozuntusu müşahidə etdik. Ancaq bunun seçkinin nəticəsinə təsiri olmadı».

Bunu hüquq müdafiəsi, İnsan Haqları Evi Fondunun təmsilçisi Alexander Sjödin Twitter-də yazıb. Onun sözlərinə görə, AŞPA-nın müşahidə missiyasının əksər üzvləri Azərbaycanla bağlı belə bir bəyanatı dəstəkləyirlər və ümid edirlər ki, ATƏT DTİHB və ATƏT PA da bu prinsipial yanaşmanı dəstəkləyəcək.

ATƏT müşahidə missiyası seçkiyə dair ilkin rəyini təxminən bir saata açıqlamalıdır.

09:38 12.4.2018

Məzahir Pənahov: İlham Əliyev 86 faizlə liderdir

Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı yenidən mətbuat konfransı keçirib. O deyib ki, artıq 5 min 641 seçki məntəqəsindən 5 min 201-i, yəni onların 92.2 faizi hesabat verib.

MSK sədri vurğulayıb ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, M. Pənahovun deməsinə görə. sayılan bülletenlərə əsasən, İlham Əliyev 86 faizlə liderdir.

Daha sonra Zahid Orucun 3.11 , Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.

11 aprel prezident seçkilərində olanlar [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:06:25 0:00

Davamı

XS
SM
MD
LG