Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:01
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

14:59 11.4.2018

Bu seçkinin ölkədə nəyi dəyişməsini istərdiz?

Bakı sakinləri arasında sorğu

Bu seçkinin ölkədə nəyi dəyişməsini istərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

14:54 11.4.2018

Bütün namizədlər səs verib

Dövlət başçısı İlham Əliyevdən başqa prezidentliyə o biri namizədlər də səsvermədə iştirak ediblər.

Sərdar Cəlaloğlu 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 21 saylı məntəqəsində, Razi Nurullayev Binəqədi 1-ci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində, Qüdrət Həsənquliyev də 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.

Habelə, Zahid Oruc 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində, Hafiz Hacıyev 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı məntəqəsində, Fərəc Quliyev də vəkillərinin müşayiəti ilə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsverməyə qatılıb.

Araz Əlizadə isə 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

14:44 11.4.2018
Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

Deputat: 'Rayonlarda saat 4-ə səsvermə başa çatır'

«Seçkilər çox gözəl, azad, ədalətli, şəffaf şəkildə keçirilir. Hər şey qanun çərçivəsində gedir», – Hakim Yeni Azərbaycan Partiyasının üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı 11 aprel prezident seçkilərinin gedişi haqda fikirlərini bölüşərkən AzadlıqRadiosuna belə deyir.

O, Naxçıvan Muxtar Respublikasında, Salyanda, Kürdəmirdə və başqa rayonlardakı bəzi məntəqələrdə qutuların boş olmasının səbəbini isə belə izah edib: «Rayonlarda həmişə belə olub, səhər saatlarında camaat təsərrüfatı ilə məşğul olur, həyət-bacanı yerbəyer edəndən sonra, yəni saat 10-11-dən sonra seçkiyə gedirlər. Saat 4-ə isə səsvermə başa çatır. Bunu 20 illik təcrübəmdən deyirəm»... Davamı

14:34 11.4.2018

Taliyət Əliyev: 'Karusel əməliyyatı' təkrar olunur

«Azərbaycanda keçirilən seçkilərdəki ənənəvi saxtakarlıqlar hazırda keçirilən prezident seçkilərində də müşahidə olunur».

Bunu prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Calaloğlunun Seçki Qərargahının rəhbəri Taliyət Əliyev bildirib. O, daha sonra deyib:

««Karusel əməliyyatı» (bir nəfərin bir neçə dəfə səs verməsi-R) və əsas siyahının bir kənarda qalaraq alternativ siyahıdan istifadə olunması kimi saxtakarlıqlar indi də təkrar olunur»... Davamı

Davamı

XS
SM
MD
LG