Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:53
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

15:57 11.4.2018

MSK: 'Pozuntu məlumatları yanlış və uydurmadır'

«Pozuntularla bağlı məlumatların heç biri həqiqəti əks etdirmir».

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov seçkilərdə pozuntulara yol verilməsi barədə məlumatları şərh edərkən belə deyib.

«Turan» agentliyinin xəbərinə görə, o, hələlik MSK-ya pozuntularla bağlı heç bir müraciət daxil olmadığını qeyd edib: ​«Heç bir rəsmi şikayət yoxdur. Əldə edilən məlumatlarımız onu deməyə əsas verir ki, kifayət qədər qanuna uyğun seçki mühiti, rəvan mühit var. İnsanların seçkidə iştirak edib öz rəyini ifadə etməsi üçün hər cür şərait var».

N.Məmmədov pozuntularla bağlı məlumatların yalan olduğunu ifadə edib: ​«Çox təəssüflər olsun ki, bəzi meyllər hiss olunmaqdadır. Sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi qüvvələr seçki prosesinə kölgə salmaq yolunu tutublar. Bu mövqelərin arxasında heç bir fakt durmur. Tamamilə yanlış və uydurmadır».

16:33 11.4.2018

Yasamalda seçici qutuya iki bülleten atır

Mərkəzi Seçki Komissiyasının müşahidə kamerasından. Görüntülər 15 saylı Yasamal DSK-nın 9 saylı məntəqəsindəndir.

Yasamalda seçici qutuya iki bülleten atır
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

16:36 11.4.2018
Müşahidəçilərdən ötrü qoyulan stol boşdur
Müşahidəçilərdən ötrü qoyulan stol boşdur

Bir kabinədə iki seçici...

Astara rayonunda prezident seçkisi ilə bağlı İranla sərhəd zonasında yerləşən Məscidməhəllə kəndində oluruq. Kənd sakini Xani Rufullayevlə söhbət edirik. O, səs verdikdən sonra evinə qayıdırdı. X.Rufullayev deyir ki, səsvermə qaydasında gedir: «Səsvermə öz qaydası ilə gedir. Səs veririk, çıxıb gedirik...».

Həmin kəndin başqa bir sakini isə deyir ki, adamlar həqiqəti deməkdən qorxurlar: «Kimdən soruşsan, belə cavab alacaqsan»... Davamı

17:34 11.4.2018
MSK
MSK

MSK: 'Seçkilərin şəffaflığına kölgə salmaq istəyənlər var'

«Prezident seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində, ümumən qanunvericiliyin tələblərinə uyğun keçir».

Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı açıqlamada belə yazılır.

MSK bildirir ki, seçkilər dövrü və səsvermə günü hər hansı qanun pozuntusunun olmasına dair onlara heç bir rəsmi məlumat daxil olmayıb.

«Lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr tərəfindən həqiqətə uyğun olmayan, heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır», - MSK qeyd edir.

MSK 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi barədə məlumatları təkzib edib. Qurum bildirir ki, bəzi saytlarda elə dairə, məntəqə adları çəkilir ki, onlar reallıqda mövcud deyil.

MSK hesab edir ki, belə məlumatların yayılmasında məqsəd seçkilərə kölgə salmaqdır.

Açıqlamada habelə vurğulanır ki, bu, eyni zamanda, beynəlxalq və yerli müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır.

Davamı

XS
SM
MD
LG