İlham Əliyev xalqa müraciət edib
AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev xalqa müraciət edib.
"Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm" - deyə İ.Əliyev bildirib:
"Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir".
MSK-nın açıqladığı ilkin məlumata görə, 11 aprel prezident seçkilərində İ.Əliyev 86 faiz səslə liderdir.
Məzahir Pənahov: İlham Əliyev 86 faizlə liderdir
Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı yenidən mətbuat konfransı keçirib. O deyib ki, artıq 5 min 641 seçki məntəqəsindən 5 min 201-i, yəni onların 92.2 faizi hesabat verib.
MSK sədri vurğulayıb ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.
Beləliklə, M. Pənahovun deməsinə görə. sayılan bülletenlərə əsasən, İlham Əliyev 86 faizlə liderdir.
Daha sonra Zahid Orucun 3.11 , Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.
Hüquq müdafiəçisindən çağırış
«Nəzərə almalıyıq ki, demokratik prinsiplərin təhlükədə olduğu, hüququn aliliyinə əməl olunmadığı repressiv siyasi mühitdə azad və ədalətli seçkilər mümkün deyil. Seçki günü bir neçə qanun pozuntusu müşahidə etdik. Ancaq bunun seçkinin nəticəsinə təsiri olmadı».
Bunu hüquq müdafiəsi, İnsan Haqları Evi Fondunun təmsilçisi Alexander Sjödin Twitter-də yazıb. Onun sözlərinə görə, AŞPA-nın müşahidə missiyasının əksər üzvləri Azərbaycanla bağlı belə bir bəyanatı dəstəkləyirlər və ümid edirlər ki, ATƏT DTİHB və ATƏT PA da bu prinsipial yanaşmanı dəstəkləyəcək.
ATƏT müşahidə missiyası seçkiyə dair ilkin rəyini təxminən bir saata açıqlamalıdır.
Müsavat Partiyası seçkinin nəticələrini tanımır
Müsavat Partiyası dünən, aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı rəyini açıqlayıb.
Rəydə bildirilir ki, seçicilərin sayı ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəqəmlə reallıq arasında ciddi fərq var.
Müsavat Partiyası hesab edir ki, yalnız bir namizədin gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçki elan olunması demokratik seçkiqabağı siyasi mühitin yaranmasının qarşısını alıb. Onların fikrincə, seçki faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olmasından ötrü rəqabətsiz şərait yaratmağa xidmət edib... Davamı