Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:37

Sosial yardım əvəzinə qoyun?


Hadi Rəcəbli
Hadi Rəcəbli

►Hadı Rəcəblinin fikrincə, ünvanlı sosial yardımın əvəzinə qoyun verilərsə, ələbaxımlılığın kökü kəsilər

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımına yeni yanaşmadan söz açıb.

Onun sözlərinə görə, məqsəd - ələbaxımlılığın önünü kəsməkdir:

“Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir. Biz də bu yolu seçmişik”.

Hadı Rəcəbli ünvanlı yardımların verilməsində Azərbaycanın Pakistan və Banqladeş təcrübəsindən yararlanmaq istədiyini söyləyib:

“Bizdə kənd yerlərində bir ailə, orta hesabla, 130 manat ünvanlı yardım alır. Bu, ikiaylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərti ilə, 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alanadək heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”.

Ünvanlı Sosial Yardım (ÜSY) verilməyə başlanandan bəri daim tənqidə tutulub. Yardımlar tətin edilərkən, şəfafflığın olmaması tənqidlərin başlıca hədəfi sayılıb. Əslində, H.Rəcəblinin təklifi pilot layihə kimi, tətbiq də edilib. Beləcə, suallar ortaya çıxır: Bütövlükdə belə təkliflərnə qədər keçərlidir? Dövlətin vətəndaşlara yardım mexanizmi necə olsa, daha çox fayda gətirər?

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“Ələbaxan vətəndaş olmur, vətəndaşın əlinə baxan sistem olur”

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadiyyat eksperti Rövşən Ağayev deputatın baxışlarını bölüşmür:

“Sistem düzgün və şəffaf çalışırsa, ÜSY almaq insanlarda ələbaxımlılıq yaratmır. Bir də, ələbaxan vətəndaş olmur, vətəndaşın əlinə baxan sistem olur. Bu sistem vətəndaşdan maddi baxımdan nəsə umduğuna görə, haqqı olmayan insanlara yardım təyin edir, haqqı olanları kənarda buraxır”.

Ekpsert onu da xatırladır ki, bu gün Şimali Avropa ölkələrində hökumət büdcənin, az qala, üçdə birini sosial müdafiə xərclərinə ayırır:

“Bilavasitə yoxsulluq müavinətlərinin ödənməsinə hər il milyardlarla dollar xərclənir. Amma hansısa məmurun ağlına gəlmir ki, "ələbaxımlı vətəndaş" sözünü işlətsin”.

R.Ağayev deputatın “qoyun” təklifinin çıxış yolu olmadığını düşünür:

“Təsəvvür edin ki, indi qüvvədə olan sosial normativə görə, 4 nəfərlik bir ailənin minimum yaşayışına 520 manat lazımdır, amma onlar 300 manat qazanır, dövlətdənsə 220 manat sosial yardım alır. İndi Hadı müəllimin təklif etdiyi kimi, tutalım, 5 qoyun alıb onlara verildi, onların sosial yardımı da kəsildi. Üstəlik, deputatın söylədiyi kimi, bala verməmiş qoyunlar da satılmadı, - bəs qoyunlar balalayanadək bu ailə necə dolanacaq? Öz büdcəsindəki 220 manatlıq kəsiri hansı mənbə hesabına örtəcək? Axı acından ölməməsi üçün bu ailəyə ayda minumum 520 manat gəlməlidir...”.

“O təklif bir neçə il əvvəl qəbul da edilib, ləğv də...”

Qalib Toğrul
Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul deyir ki, H.Rəcəblinin bu təklifi bir neçə ilöncə qəbul da edilib, ləğv də:

“Hələ 2008-ci ildən bildiririk ki, ÜSY yoxsulları yoxsulluqdan çıxarmır, onların ölməməsinə zəruri fizioloji tələbatını ödəyir. Onlara sosial reabilitasiya və ən əsası, iş lazımdır. Nəhayət, 2010-cu ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə konkret mexanizm təklif etmişik. Bundan sonra məlum olub ki, nazirlik də, paralel olaraq, belə bir mexanizm üzərində işləyir. Daha sonra birgə müzakirələrimiz olub dəfələrlə. Və nəhayət, 2010-cu ildə bu sahədə pilot layihənin (“Özünədəstək”) icrasına başlanılıb. Ardından 2012-ci ilin aprelindən 2013-cü ilin payızınadək 13 rayondan 271 ailə bu layihəyə cəlb olunub. Lap qəpiyinə kimi deyəcəyəm - “Özünədəstək” proqramına 355 min 460 manat məbləğində vəsait xərclənib”.

“Yeni nazir proqramı dayandırdı”

Q.Toğrul bildirdi ki, yeni nazir Səlim Müslümov proqramı dayandırdı:

““Özünədəstək” nazir Füzuli Ələkbərovun vaxtında tətbiq olunub. Səlim Müslümov gələn kimi, uğursuz olduğu bəhanəsi ilə proqramı dayandırdı. Sadəcə, 2013-cü ilin yayında iki rayonda (Xaçmaz və Bakının Nizami rayonu) həmin proqrama cəlb olunmuş 51 ailə təsərrüfatında monitorinq və müşahidələr apardıq. Hadı müəllim bilsin ki, belə bir layihə olub və təkcə qoyunçuluqla bağlı olmayıb. Proqram çərçivəsində xidmət və istehsal sahələrində kiçik sahibkarlıq subyektləri yaradılıb”.

Buna da bax...

Çəkicli adam kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:45 0:00

XS
SM
MD
LG